Sabunçu rayonunda yerləşən və daha çox “kriminal xəstəxana” kimi tanınan 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədovun işdən çıxarılması diqqətimizi bir sıra xəstəxanaların baş həkimləri ilə bağlı mövzuya yönəltdi. Qeyd edək ki, bir neçə gün bundan əvvəl 3 saylı xəstəxanaya baş həkim də təyin edilib. Bu vəzifə Fikrət Məmmmədəli oğlu Zeynalova həvalə olunub. F.Zeynalov buna qədər “kəndçilər xəstəxanası” kimi tanınan Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının baş həkimi olub. 4 saylı şəhər xəstəxanası bağlanandan sonra xəstəxananın bir hissəsi 3 saylı xəstəxananın ərazisinə köçürülüb. Bununla yanaşı, paytaxtın digər xəstəxanalarından birinin də baş həkimi Tərlan Bəbirov da vəzifəsindən kənarlaşdırıldı. Belə isə ortaya maraqlı bir sual çıxır: - axı bəzi rayonların da xəstəxanalarının baş həkimləri tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Yəqin ki, söhbətin Ucar rayon Mərkəzi Xəstəxanasından getdiyini dərhal anladınız. Məsələ burasındadır ki, baş həkim Zeynal Bayramlının əməlləri burada acınacaqlı durum yaradıb. Məsələ burasındadır ki, Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlı bu tibb müəssisəsini köhnə qaydalarla idarə edir. Xəstəxana dövlətin balansında olsa da, bura müraciət edən sakinlər xeyli xərcə düşməli olurlar. Rayonda uşaqlara göstərilən müalicə-profilaktika xidmətinin keyfiyyətini yaxşılaşdırmaq üçün pediatr və mama-ginekoloq həkimlərdən ibarət briqadalar yaradılsa da, bu iş də formal xarakterlidir. Hələ bu harasıdır? Göyçay Mərkəzi Xəstəxanasında qeyri-leqal ödənişlərin artdığı deyilir. Rayon sakinləri və həkimlər Famil Zeynalovdan narazılıq edirlər. Təəssüf ki, baş həkimdən şikayət artsa da, o, vəzifəsini qoruya bilir. Rayon həkimlərinin sözlərinə görə, Famil Zeynalovun bir sıra işçiləri təmir-bərpa işləri başa çatmış xəstəxanada yeni “xərc” müəyyənləşdiriblər. Üstəlik, tibbi xidmətin keyfiyyəti də olduqca aşağıdır. Ona görə də rayon sakinləri bir çox hallarda paytaxta üz tutmalı olurlar. Bütün bunlar onu göstərir ki, paytaxtın ayrı-ayrı xəstəxanaları kimi, rayonların da bir sıra səhiyyə müəssisələrinin rəhbərlərinin tutduqları vəzifələrdən kənarlaşdırıması zamanı yetişib. [b]SAMİR[/b]
Sorğu
Yeni dizaynımız necədir?