GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Аzərbaycan büdcəsinin 48 faizi cari işlərə xərclənir

Аzərbaycan büdcəsinin 48 faizi cari işlərə xərclənir

Tarix: 19-05-2014, 11:17 Bölmə :Siyasət Baxış: 0
Аzərbaycan büdcəsinin 48 faizi cari işlərə xərclənir
Deputatlar “2013-cü il dövlət büdcəsinin icrası
haqqında” qanunun layihəsini müzakirəsiz qəbul edib


Milli Məclisin sessiyası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədovun təklifi ilə Türkiyənin Soma kömür mədənində vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükütla yad edən deputatlar cari məsələlərə vaxt ayırmadan gündəlikdə olan məsələlərin müzakirəsinə başlayıb.
Dünyada işsizlik və yoxsulluq artır, Azərbaycanda iqtisadi inkişaf baş verir
İlk olaraq deputatlar “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsini müzakirə ediblər. Bu haqda deputatlara Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadə məlumat verib.

Hesablama Palatasının sədri: “Bu vəsait hesabına 1165 layihə icra edilib”

“Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 6,9 milyard manat vəsait qoyulub. Bu vəsait hesabına 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib”. Bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O, çıxışında bildirib ki, 2013-cü il dövlət büdcəsi zamanı Azərbaycanda iqtisadi inkişafa nail olunub. “Hesablama Palatası tərəfindən hazırlanan rəy dövlət büdcəsinin gəlir və xərcləri üzrə təhlilləri əks etdirir. Ötən il cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə 5,8 real inkişaf tempinə nail olunmuş, adambaşına düşən ÜDM təxminən 8 min dollar yaxın olub. Qeyri-neft sektoru üzrə 10 faiz artım olub. Azərbaycanın iqtisadi inkişaf tempində sabitlik əldə olunub. 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 337, 3 milyon manat və yaxud 1,7 faiz artıq icra olunub. Vergi daxilolmaları 77,8 %-dən 109,8%-ə, qeyri-vergi daxilolmaları isə icra 58, 1 %-dən, 272 %-ə çatdırılıb. Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri əvvəlki illərə nisbətən 1,7 milyard manat və yaxud 9,9 % çox icra edilib. Dövlət büdcə xərclərinin 48 %-ini cari xərclər təşkil edir. Əsaslı xərclər isə dövlət büdcəsinin 48,2 %-ini təşkil edir. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 6,9 milyard manat vəsait qoyulub. Bu vəsait hesabına 1165 layihə icra edilib. Bunlardan 78,3 faizi keçid layihələrin, yəni başlanmış layihələrin sona çatdırılmasına yönəlib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 90,7 %-i proqram məqsədli investisiya layihələridir. Dövlət borclarına və öhdəliklərə ümumi xərclərin 3,8 faizi məbləğində vəsait yönəldilib. Beynəlxalq maliyyə kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği 368,7 milyon manat olub. Bu isə təsdiq olunan limitin 49,2 faizdir. Xarici dövlət borcunun artım tempi dövlət büdcə xərclərinin artım tempindən 2 dəfə az olub”.

“Gömrük Komitəsi büdcəyə 1 milyard 383 milyon manat daxil edilib”

Maliyyə naziri Samir Şərifov büdcənin icrası haqqında deputatlara məlumat verərkən bəyan edib ki, hesabat reallığı əks etdirir: “Müzakirəyə təqdim olunan materiallarda büdcənin hesabatına dair ətraflı məlumat verilib. Məndən əvvəl çıxış edən natiqlər dövlət büdcəsinin icrası haqqında ətraflı məlumat veriblər. Büdcə uğurla icra edilib. 2013-cü ildə dövlət və icmal büdcəsi əhəmiyyətli dərəcədə genişləndirilib. İcmal büdcə 3,8 milyard kəsirlə proqnozlaşdırılsa da, 1 milyardla başa gəlib. Büdcənin mədaxili 19 milyard yerinə yetirilib. 2012-ci illə müqayisədə bu yüksək göstəricidir. Vergilər Nazirliyi 6, 64 milyon manat vəsait təmin edib. Gömrük Komitəsi büdcəyə 1 milyard 383 milyon manat daxil edilib. Neft Fondunda 11 milyard 350 milyon vəsait transfer olub”.
Samir Şərifov bildirib ki, büdcənin 48 faizi cari xərclərə yönəldilib: “Büdcədən 4 milyard 906 milyon manatı sosial sahəyə yönəldilib. Dövlət Sosial Müdafiə Fonduna 1 milyard 70 milyon manat ayrılıb. Ünvanlı sosial yardımlara ödənilməsi üçün 200 milyon, məcburi köçkünlərə 522 milyon manat vəsait ayrılıb. SSRİ əmanət bankının əmənatçilərə fərdi ödəniş hesabat ilində başa çatdırılıb. Bu məqsədlə 324 milyon manat ayrılıb. Sosial ipotekaya 40 milyon manat ayrılıb. Hərbiçilərin sosial rifahı və ordunun müasir tələblərə cavab verməsi prezidentin əsas prioritetlərindən biridir və hesabat ilində büdcənin 14,8 faizi bu istiqamətə yönəldilib. Abadlıq işləri, kəndlər arası yollar və digər işlər üçün 347 milyon manat ayrılıb. Hazırda istifadə olunan xarici borcun məbləği 6,1 milyard manat olub. Dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsi diqqətdə saxlanılıb və 728 milyon manat təşkil edib. Hesabat ilində Azərbaycan 71 ölkədə olan diplomatik korpusun və konsulluğun saxlanılmasına 59 milyon manat xərclənib”.

5 min tələbə əvəzinə xaricə 2612 nəfər göndərilib

Deputat Qüdrət Həsənquliyev isə Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı dövlət proqramının icrası ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, ötən dəfə həmin məqsədlə ayrılan vəsaitin 40 faizi icra olunub: “Yüksək rəqabətə davamlı, ixtisaslı kadrların hazırlanması üçün Azərbaycan gənclərinin nüfuzlu ali təhsil müəssisələrindən oxumasına ehtiyac var. Amma təhsil naziri deyib ki, indiyə kimi 2612 nəfər göndərilib. Halbuki, proqram çərçivəsində 5 min nəfərin xaricdə oxumağa göndəriləcəyi nəzərdə tutulmuşdu. Bu, nəzərdə tutulan rəqəmdən 50 faiz azdır. Bu, narahatedici məqamdır. İxtisaslarda məhdudiyyətlər var. Amma bizim keyfiyyətli hüquqşünaslara da ehtiyacımız var. Xarici dillərin öyrənilməsinə aid xüsusi dövlət proqramına ehtiyac var”.
Həsənquliyev əlavə edib ki, ipoteka üçün 40 milyon manatın ayrılması və bu məbləğin sona qədər xərclənməsi müsbət haldır: “Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, adambaşına gəliri 300 manatdan artıq olan şəxs varlı hesab olunur. Amma biz bilirik ki, 300 manat alana ipoteka krediti verillmir”.

Əcnəbilər min manat ödəməli olacaq

Daha sonra 5 qanun layihəsini eyni zərfdə müzakirə edən parlamentarilər “Dövlət rüsumu haqqında” qanununda dəyişikliklər edilib. İqtisadi-siyasət komitəsinin sədri Ziya Səmədzadə deyib ki, Azərbaycan vətəndaşlığı olmayan şəxsə ölkədə yaşamaq üçün yaşayış vəsiqəsi, vətəndaşlığa qəbul, bərpa və çıxmaq üçün dövlət rüsumunun dərəcəsində rəqəmlərdə dəyişikliklər nəzərdə tutulur. Deputat Sabir Rüstəmxanlı bildirib ki, əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq haqda rüsum böyük məbləğdir: “Söhbət min manatdan gedir. Biz bu zaman İrandan gələn soydaşlarımızla Avropadan gələn soydaşlarımız arasında fərq qoymuruq. Nəzərə almaq lazımdır ki, soydaşlarımız bura həm də çarəsizlikdən gəlir. Məncə, biz ya soydaşlarımızla, əsl xaricdən gələnləri ayırmayırıq. Çünki bu qapıları bağlayır. Məncə, rüsumu artıranda bir qədər düşünmək lazımdır”.
HÜSEYN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Parlament 2014-cü ilin büdcəsini qəbul etdi

    Parlament 2014-cü ilin büdcəsini qəbul etdi ...

    22-11-2013, 12:42

  • 
  • Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin artımını İZAH ETDİ

    Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin ...

    22-11-2013, 18:42

  • 
  • İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi

    İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi ...

    8-04-2015, 19:27

  • 
  • Deputatlar tətilə çıxır: MƏZUNİYYƏT PULLARI AÇIQLANDI

    Deputatlar tətilə çıxır: MƏZUNİYYƏT PULLARI ...

    13-07-2017, 12:50

  • 
  • “İcra hakimiyyətlərinin işi” Milli Məclisə göndəriləcək

    “İcra hakimiyyətlərinin işi” Milli Məclisə ...

    29-10-2013, 13:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu