Müsavat başqanının müşaviri Səxavət Əlisoyla Divan üzvü İkram İsrafil bir-birini hakimiyyətlə işbirliyində suçlayıb.
Teleqraf.com xəbər verir ki, Müsavat Partiyasının qurultayının yubadılması tərəfləri bir-birinə hücuma vadar edib. Səxavət Əlisoyun "Bakı Şəhər İcra Hakimiyyəti qurultayı keçirmək üçün müvafiq şərait yaratmırsa, bu zaman partiya başqanlıqdan sultanlıq institutuna keçməlidir" fikirlərinə İkram İsrafilin cavabı onu qəzəbləndirib. O, İkram İsrafilin intellektinə sarkazmın yad olduğunu vurğulayıb: "İkram bəy, bir məsələyə münasibət bildirərkən, lütfən, dediklərimi diqqətlə oxu, ağlının süzgəcindən keçir, sonra izhar et. Bu sənə tövsiyəm. Deyibsən ki, "Səxavət Əlisoyun sultanlıq barədə fikirləri partiyaya ikrah hissi ilə yanaşmağın nəticəsidir. Mən düşünürəm ki, qurultay olsa da, olmasa da, Səxavət Əlisoy partiyada qalmayacaq. Onun artıq partiyadakı limiti bitib".
İkram bəy, sən falçısan, görücüsən, yoxsa ufoloqsan ki, mənim partiyada qalmayacağımı bəyan edirsən? Sən kimsən və hansı səlahiyyətlə mənim partiya üzvlüyümə xitam verirsən? Mənim Müsavat Partiyasında necə fəaliyyət göstərdiyimə nə sən, nə də sənin mənsub olduğun qrupun rəhbərləri qiymət vermək iqtidarında deyil, bu qiyməti yalnız partiya rəhbəri İsa Qəmbər verə bilər.
Sən və dostların arxamca hakimiyyətlə əlaqələrimin olduğunu deyirsiniz, bunlar gəlib mənə çatır. İkram İsrafil sən və mən Müsavat Partiyasından Azərbaycan parlamentinə deputatlığa namizəd olmuşuq. Mənim doğulduğum evi dağıtdılıar, 6 nəfər ailə üzvümü vəhşicəsinə döydülər, iki qardaşım ölkəni tərk etmək məcburiyyətində qaldı. Səni isə Sumqayıtdan deputat etdilər. Özü də necə etdiklərini sən də, mən də yaxşı bilirik. Bu da sənə xatırlatmam". Kəmalə
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?