Ermənistan hərbi birləşmələrinin kəşfiyyat-diversiya qruplarının qoşunların təmas xəttində Azərbaycan Ordusunun postlarına hücumundan sonra aldıqları adekvat cavabdan narahat olan erməni ictimaiyyəti sosial şəbəkələrdə aksiyaya başlayıb.
AzNews.az-ın məlumatına görə, tarixi Azərbaycan torpaqlarında və de-fakto bizə məxsus ərazilərdə həyata keçirdikləri qətliamları, terror aksiyalarını ört-basdır etmək istəyən ermənilər öz yalanlarını indi də sosial şəbəkələr vasitəsilə, fərqli şəkildə təqdim etməyə çalışırlar.
Azərbaycan Ordusunun işğalçı erməni hərbi birləşmələrinə endirdiyi əks zərbələri müharibənin başlanması kimi bəyan edən aksiya təşkilatçıları guya, hücumları dayandırmağı tələb edirlər.
Erməni mediası yazır ki, sosial şəbəkələrdə yayılan bu aksiya ABŞ-da “Ay Data” qrupu tərəfindən təşkil edilib. Kampaniya təşkilatçıları dünyadakı ermənilər də müraciət edərək aksiyada iştirak etməyə çağırıblar.
Həyasızcasına faktları inkar edən müraciət müəllifləri yenə də erməniləri məzlum xalq kimi təqdim etməyə çalışıblar: “Azərbaycanın Ermənistan və Dağlıq Qarabağ istiqamətindəki hücumları son 20 ilin ən dəhşətli əməliyyatı kimi qiymətləndirilir. Bu əməliyyat zamanı onlarla insan dünyadan köçüb və ermənilər müharibə ilə hədələnib”.
Ermənilər ATƏT- in Minsk Qrupunun həmsədrlərinə müraciət ediblər.
Sorğu
Yeni dizaynımız necədir?