Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus «Turan»ın direktoru Mehman Əliyevə zəng edərək, təzyiqə məruz qaldığını bildirib. Bu haqda AzadlıqRadiosuna Mehman Əliyev özü məlumat verib:
«Avqustun 15-də mənə zəng etməyə imkan tapmışdı. Dedi ki, Kürdəxanı təcridxanasının Nuriyyə adlı əməkdaşı ona psixoloji və fiziki təzyiqlər edir. Onun səhhəti də pisləşib və lazımi dərmanları ala bilmir».
Leyla Yunus iyulun 30-da həbs olunub. O, vətənə xəyanət və başqa 5 maddə ilə ittiham olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?