Avqustun 21-də Türkiyədə hakim AKP-nin mərkəzi qərargahında partiyanın Mərkəzi İdarə Heyətinin toplantısı keçirilib. Toplantıdan öncə jurnalistlərə açıqlama verən AKP sədrinin müavini Numan Kurtulmuş bildirib ki, toplantıda böyük ehtimalla yeni baş nazirin adı bəlli olacaq.
Qeyd edək ki, Türkiyənin yeni baş naziri və həm də hakim AKP-nin sədri avqustun 27-də keçiriləcək qurultayında seçiləcək. Baş nazirliyə və partiya sədrliyinə əsas namizədinin kimliyinə isə bu gün keçirilən İdarə Heyəti toplantısında müəyyən olunub. Bu baxımdan müşahidəçilərə görə, AKP İdarə Heyətinin bu günkü toplantısında elan olunacaq baş nazirliyə namizəd Türkiyənin 62-ci baş naziri hesab ediləcək. Mətbuatın iddialarına görə, sürpriz baş verməsə, yeni baş nazir hazırkı xarici işlər naziri Əhməd Davudoğlu olacaq. Buna baxmayaraq, digər ad da əsas namizədlər sırasında çıkilirdi – nazir Binali Yıldırım. Lakin ciddi sürpriz olmadı, gözlənildiyi kimi oldu və AKP Mərkəzi İdarə Heyəti xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir və partiya sədri seçilməsi ilə bağlı qərar qəbul edib. Bu qərarı yeni prezident, AKP lideri R.T.Ərdoğan uzun-uzadı çıxışının ardından, mətbuat konfransında elan etdi. Bu qərarı bütün Türkiyə gün boyunca ayaqda gözləmişdi. Media isə, AKP-nin açıqlayacağı bu adı günlər öncəsindən bilirdi. Ərdoğan və Davudoğlu AKP-nin Ankaradakı qərargahındakı zala birlikdə giriblər – media və AKP-lilər gözləyirdi; vəd edilən zamandan 36 dəqiqə keçirdi. Ərdoğan kürsüyə çıxıb və təmtaraqla, musiqilərin fonunda Türkiyənin yeni baş nazirini - xələfini elan edib: Əhməd Davudoğlu (Ahmet Davutoğlu). Ancaq bundan öncə izahedici çıxışı oldu. ”Güclü başbakan – güclü cümhurbaşqanı” formulunu da bu çıxışında ortaya atıb.”Mərkəz Yürütmə Kurulu” adlanan partiya rəhbərliyinin başqa qərarları da olub.
Ərdoğan Ə. Davudoğlunu təqdim edəndə deyib ki, partiyanın rəhbərliyinin bu ismin üzərində durmasının bir səbəbi də “paralel yapı” (Gülənçiləri biçilən ad) ilə ardıcıl və sarsılmaz mücadilə əzmi olmuşdur. “Əhməd Davudoğlu qardaşım da onların verdiyi acını yaşayıb. XİN-də apardığı gizli toplantının deşifrə edilməsi…” kimi ifadələrlə açıq şəkildə bildirib ki, Türkiyənin yeni dizayn olunan iqtidarı F.Gülən camaatı və tərəfdarları ilə kəskin savaşacaq. Təqdimat mərasimində Ə. Davudoğlu da çıxış edib. O, özünü bu vəzifəyə layiq görən hər kəsə təşəkkür edib. Davudoğlunun çıxışı daha çox Ərdoğanı tərif üzərində qurulub. Çıxış alqışlarla qarşılanıb. O, deyib ki, əgər namizədliyim qurultayda da təsdiqlənsə, 12 ildir davam edən böyük restovrasiya prosesi - müqəddəs yürüş kəsintisiz sürəc olaraq davam edəcək. Türkiyənin 62-ci hökumətinin başçısı olacaq Əhməd Davudoğlu akademik dairələrin adamı hesab olunur. Siyasətə və dövlət vəzifəsinə universitetdən gəlib. Bir müddət Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri olub. “Qonşularla sıfır problem” nəzəriyyəsini irəli sürüb, Yaxın Şərqdə siyasi münasibətlərdən bəhs edən nəzəriyyənin müəllifidir. Davudoğlu islamçı siyasi kursun, Yaxın Şərqdə keçmiş Osmanlı imperiyası ərazisindəki dövlətlərin yeni əməkdaşlıq formasında birliyinin tərəfdarıdır. Eyni zamanda “Yeni Osmanlıçılıq siyasəti” terminologiyası da onun adı ilə bağlanır. Müşahidəçilərə görə, Ərdoğanın Davudoğlunun üzərində dayanması, bu şəxsin islamçı siyasi kursun tərəfdarı olması, xarici və daxili siyasət məsələsində Ərdoğanla həmfikir olması, ən əsası Ərdoğana sadiq, siyasətdə ayrıca bir qrupa və ya fraksiyaya bağlı olmaması, bu səbəbdən də partiyada parçalanmaya səbəb olmayacağı ilə bağlı təxminlərdir. Beləliklə, Türkiyənin yeni baş naziri və AKP-nin yeni rəhbəri Əhməd Davudoğlu oldu. Əhməd Davudoğlu 26 fevral, 1959-cu ildə Türkiyənin Konya vilayətinin Taşkənt şəhərində doğulub. Atasının adı Mehmet Duran, anasının adı isə Məmnunədir. Atası tekstil sənayesində və ticarət sahəsində çalışıb. İlk təhsilini Konyada almağa başlayıb, ancaq sonradan İstanbula köçdükləri üçün orta təhsilini İstanbul oğlan liseyində tamamlayıb. İstanbul Boğaziçi Universitetinin iqtisadiyyat və siyasət fakültəsini bitirib. 1984-cü ildə - universiteti bitirdikdən sonra yenə eyni universitetdə ictimai idarəçilik sahəsində magistr, siyasət və beynəlxalq münasibətlər sahəsində doktorluq təhsili alıb. 1990-cı ildə Malayziya Beynəlxalq İslam Universitetində müəllim kimi çalışıb. Daha sonra həmin universitetin siyasət fakültəsinə rəhbərlik edib. 1995-ci ildə Malayziyadan Türkiyəyə qayıdıb. 1995-99-cu illərdə Mərmərə Universitetində beynəlxalq əlaqələr fakültəsində çalışıb. 1998-2002-ci illərdə Hərbi Akademiyada qonaq müəllim kimi dərs deyib. 1998-2002-ci ildə isə Beykent Universitetində Beynəlxalq Münasibətlər Fakültəsinə rəhbərlik edib, eyni zamanda Mərmərə Universitetində qonaq professor kimi dərs deyib. 2002-ci ildə AKP seçkilərdə qalib gəldikdən sonra keçici müddətə baş nazir olan Abdullah Gülün baş müşaviri olub. Daha sonra Ərdoğan baş nazir olduqdan sonra da bu vəzifəsində davam edib. Həmin vaxt siyasi kluarlarda “kölgədəki xarici işlər naziri” də adlandırılan Davudoğlu Avropa Birliyi, Kipr müzakirələri, İraq müharibəsi ilə bağlı diplomatik danışıqlarda fəal iştirak edirdi. 2003-cü il yanvarın 18-də o zamankı prezident Əhməd Necdət Sezər və baş nazir Abdullah Gülün imzaladığı qərarla səfir diplomatik rütbəsi alıb. 2009-cu il mayın 11-də isə baş nazirin parlamentdən kənar qərarı ilə xarici işlər naziri təyin olunub. 2011-ci il iyun seçkilərində AKP-dən Konya millət vəkili seçilib. Türkiyənin 60 və 61-ci hökumətlərində xarici işlər naziri postunu tutub. Əhməd Davudoğlu ingilis, ərəb, alman dillərini bilir. Çoxlu sayda məqalələrin, o cümlədən bir sıra kitabların müəllifidir. Ən məşhur əsəri “Strateji dərinlik: Türkiyənin beynəlxalq yeri” adı kitabıdır. Bundan başqa “Osmanlı Mədəniyyəti: Siyasət, iqtisad, sənət” və sair bir çox əsərlərin müəllifidir. Türkiyədə məşhur SETA (Siyasət, İqtisadiyyat və Toplum (Cəmiyyət) Araşdırmaları) Araşdırma Mərkəzi, Bilim və Sənət Vəqfi, İstanbul Şəhər Universiteti Əhməd Davudoğlunun təsis etdiyi və ya nəzarətində fəaliyyət göstərən qurumlardır. 1984-cü ildə Sara Davudoğlu ilə ailə qurub. Səfurə, Məmnunə, Mehmet və Həcər Bikə adlarında 4 övladı var. Həyat yoldaşı həkimdir (musavat,com).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?