Sentyabrın 29-da Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
Gundemxever.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edildi. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?