Müstəqil Dövlətlər Birliyinin (MDB) yeni inkişaf konsepsiyası Birlik ölkələrinin dövlət başçılarının iştirakı və razılığı ilə işlənib hazırlanmalıdır.
"Trend"-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında bəyan edib.
Onun sözlərinə görə, sənəd MDB-nin yaradılmasının 25 illiyinə (2016-cı ildə) hazırlana bilər.
Dövlət başçısı qeyd edib ki, MDB-yə sədrliyin 2015-ci ildə Qazaxıstana verilməsi haqqında razılıq əldə olunub və ölkə, həmçinin ticarət-iqtisadi münasibətlərin inkişafı, azad ticarət zonaları sahəsində işləri davam etdirir: “Bizim gələcək əməkdaşlığımız tranzit-nəqliyyat sahəsini, aqrar-sənaye kompleksini, ərzaq təhlükəsizliyi sahəsini əhatə edir. Sədrliyimiz bu məsələləri və humanitar əməkdaşlıq sahəsində təhlükəsizliyi əhatə edəcək”.
N.Nazarbayev bildirib ki, Qazaxıstan Şuranın növbəti iclasının 2015-ci ilin dördüncü rübündə keçirilməsini müəyyən edib.
Prezident deyib ki, dəqiq tarix Birlik ölkələrinin Xarici İşlər nazirlikləri ilə razılaşdırılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?