YAP-çı deputat Aydın Mirzəzadə Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsinə baş çəkib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə A.Mirzəzadə özü məlumat verib.
Deputat qeyd edib ki, Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır.
"Evin şəraitindən zəhmət ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər. Torpağa çox bağlı bir insan olduğunu söylədilər, qorxmaz, cəsartli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb"- deyə deputat qeyd edib.
A.Mirzəzadə bildirib ki, Şahbazın anası və qızı bu günlərə qədər onun taleyindən xəbərsiz olub.
"Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Şahbazın həyat yoldaşı və Diləqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətirdilər. Ailə üzvləri Şahbaz və Dilqəmin sağlalığından ciddi narahat olduqları da bildirdilər. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın "məhkəmə" görüntüləri onlara normal baxmadıqlarından xəbər verir. Şahbazın ailəsinə onun tezliklə vətənə qayıdacağına inadığmızı və gələn dəfə artıq onunla görüşə gələcəyimi bildirdim"- deyə deputat Ş.Quliyevin ailəsi ilə görüşündən danışarkən bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?