Rumıniyada prezident seçkilərinin ilk nəticələri məlum oldu.
Axar.az "Regnum.ru"ya istinadən xəbər verir ki, ekzit-polun ilkin nəticələrində Baş nazir Pontun Viktor və milli-liberalların lideri Klaus Yohanes irəlidədir.
Belə davam edərsə, prezident seçkilərinin ikinci turu keçiriləcək. Baş nazir Viktor 41,5 faiz səslə ilk sırada, Yohanes isə 32 faiz səslə ikinci pillədədir. Bu nəticələr isə prezident seçilməyə imkan vermir.
Qeyd edək ki, Rumıniyada prezidentliyə 14 namizəd iştirak edirdi. Səsvermənin ikinci turu iki həftə sonra keçirilə bilər.
Sorğu
Yeni dizaynımız necədir?