"... beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir"
Qondarma “Dağlıq Qarabağ Respublikası” “özünümüdafiə qüvvələrinin” 23000 əsgəri var, onlardan 8000-i Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur
Bakı – APA. Almaniya Bundestaqının internet saytında “Dağlıq Qarabağ uğrunda iğtişaşlar” sərlövhəli məlumat dərc olunub.
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadın verdiyi xəbərə görə, məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur.
Bildirilir ki, Bundestaqın “Solçular” fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib.
“Solçular” Fraksiyasının 18/2728 nömrəli kiçik sorğusuna Federal hökumətin 18/2816 nömrəli cavabında deyilir: “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, amma erməni silahlı qüvvələrinin nəzarətindədir”.
Cavab məktubunda, həmçinin bildirilir ki, təmas xəttində qarşıdurmalar iyulun sonu və avqustun əvvəlində zirvə nöqtəsinə çatıb, sonradan yenidən əvvəlki illərin vəziyyətinə qayıdıb. Daha çox snayper və avtomatlardan, eləcə də digər piyada əl silahlarından istifadə olunub.
Federal hökumətin məlumatına görə, qondarma “Dağlıq Qarabağ Respublikası” “özünümüdafiə qüvvələrinin” 23000 əsgəri var. Onlardan 8000 nəfəri Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur.
Sorğu
Yeni dizaynımız necədir?