Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev Rusiyanın keçmiş maliyyə nazirinin Rusiyanın mövcud durumu və gələcəyi barədə fikirlərinin Azərbaycan üçün də keçərli ola biləcəyi qənaətini aşağıdakı kimi ifadə edib:
"Rusiyanın keçmiş maliyyə naziri, hazırda müstəqil ekspert kimi fəaliyyət göstərən Kudrin Rusiyanın düşdüyü ağır vəziyyətlə bağlı məqalə yazıb. Bizə tam dəxli olan yazıdı, çünki neft-qaz ölkəsi kimi problemlərimiz və idarəetmə mexanizmləri tam oxşardı.
Əslində Kudrin müəllimin təkliflərinin bir çoxunu neçə illərdi hökumətimizə deyilir. Amma nə fayda, dəyirman öz işindədi...
Kudrinin xəbərdarlıqları və təklifləri
"Arzulanır ki, sadə reseptlər olaydı, məsələn beşcə addım ataydın, görəydin bütün problemlər həll edildi. Amma qəbul etmək lazımdır ki, belə reseptlər yoxdur və ölkədə iqtisadi vəziyyəti dəyişmək üçün ciddi addımlara ehtiyac var. Rusiya hələ bundan sonra Qərbin sanksiyaları altında illərlə yaşamalı olacaq. Büdcədən inkişaf proqramları adı ilə iqtisadiyyata nəhəng pullar axıtmaqla problemlər həll ounmayacaq. Neftin qiyməti 80 dollara enən kimi energetika şirkətləri hökumətin yaxasından yapışıb yardım istəyir. Bu şirkətlər strategiyalarını dəyişməli, yeni inkişaf modeli seçməlidirlər ki, istənilən şəraitdə özləri ayaqlarının üstündə dayana bilsinlər. İqtisadiyyat populist yanaşmaları xoşlamır. Məsələn, səxavətli sosial xərcləmələr iqtisadiyyat sahəsində nüfuz meyarı sayılır. Halbuki getdikcə bu əlaçıqlığı davam etdirmək mürəkkəb olacaq. Əgər prezident bu cür populist yanaşmalardan əl çəkə bilməsə, iqtisadi artım imkanı itiriləcək, səmərəlilik və məhsuldarlıq genişlənməyəcək. Avtoritar və monopol siyasi hakimiyyətin mövcudluğu, siyasi rəqabətin yoxluğu şəraitində iqtisadi inkişafa nail olmaq istəyirsiniszə, Çin, Cənubi Koreya və Sinqapurun tətbiq eddiyi bu Asiya modeli Avropa mədəniyyətli Rusiya üçün yararlı olmayacaq". Kudrin təklif edir ki, iqtisadiyyata sərt müdaxilədən əl çəkib azad bazar münasibətlərinə meydan verin, vətəndaş cəmiyyətinə etibar edib onlarla taleyüklü bütün problemləri müzakirə edin və səslərini eşidin, yığım pensiya sistemini bərpa edin, vergilərə dəyişikləri dayandırın, onların artımına morotorium qoyun, seçkilərdə bərabər iştiraka şərait yaradın, regional idarətməyə əlavə səlahiyyətlər və maliyyə verin, vətəndaşların və biznesin hakimiyyətə etimadını geri qaytarın, daxili investisiyaların iqtisadiyyatın əsas hərəkətverici qüvvə olduğunu qəbul edin və insanları bizneslə məşğul olmağa həvəsləndirin... Bunun hər cümləsi Azərbaycan üçün keçərlidi..."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?