GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənipərəst türk jurnalistin arxasındakı adam bilindi - Elnur Aslanov...

Ermənipərəst türk jurnalistin arxasındakı adam bilindi - Elnur Aslanov...

Tarix: 3-05-2016, 13:57 Bölmə :Siyasət Baxış: 0
Ermənipərəst türk jurnalistin arxasındakı adam bilindi - Elnur Aslanov...

“Milliyet”in yazarı Nagehan Alçının adının XİN-in “qara siyahı”dan çıxarılması o zaman PA-da şöbə müdiri işləyən E.Aslanovun ciddi səyi nəticəsində mümkün olub; ötən həftə Bakıya ilk dəfə gələn jurnalist nələr yazıb?
Geridə qalan aprel ayında ordumuzun Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərimizdə uğurlu əməliyyatı Azərbaycanın dostlarını sevindirdi, düşmənlərini isə yenə yasa boğdu. Qərbdəki ermənipərəst qüvvələrin səsi bu dəfə o qədər də hündürdən eşidilməsə də, təəssüf ki, erməni lobbisinin pulları ilə peydahlanan “sapı özümüzdən olan baltalar” yenə ortaya atıldılar, işğalçı Ermənistan üçün göz yaşları axıtdılar.

Bu savaşda qardaş Türkiyə Azərbaycana həmişəkindən daha artıq dəstək verdi, hətta müxtəlif siyasi dairələrin maddi təsiri altında olan media da əsasən ordumuzun zəfərini qürurla dünyaya duyurdu. Amma...

Onun adını Azərbaycan ilk dəfə 2008-ci ildə eşidib. Dağlıq Qarabağa...İrəvandan gedən türk jurnalisti kimi..."Milliyet" qəzetinin köşə yazarı Nagehan Alçı əzəli Azərbaycan torpaqlarından hazırladığı “reportajlarla” özünün əsl simasını hələ o zaman ortaya qoymuşdu. İşğal zonasına İrəvandan getdiyi və həm də yazdığı ermənipərəst reportajlarına görə Azərbaycan Xarici İşlər Nazirliyi bəlkə də ilk dəfə türkiyəli jurnalistin adını “qara siyahı”ya saldı, onun Azərbaycana gəlməsi rəsmən yasaqlandı.

Məlumdur ki, “qara siyahı” Azərbaycanın işğal altında olan torpaqlarına Ermənistan üzərindən və ermənilərin dəstəyi, ermənilərin müşayiəti ilə səfər edən xarici jurnalist və diplomatlara, siyasi-ictimai xadimləri, sənət adamlarına şamil edilir.

Əlbəttə, özünə “mən türkəm” deyən bir qadın onun soyundan olan bir toplumun maraqlarını bu cür tapdamamalıdır. İşğal olunmuş qədim yurdumuz Xankəndinə Stepanakert adını xatırladaraq, “Qarabağın baş kəndi” yazan, əsl həqiqətləri erməni lobbisinin paralarına qurban edən jurnalisti xain əməllərinə görə Azərbaycana buraxmamalıydılar. Yada salaq ki, bu praktika təkcə Azərbaycanda deyil, bu tip münaqişələrə cəlb edilən digər ölkələrdə də var.

2013-cü ildə Nagehan Alçının adı gözlənilmədən XİN-in “qara siyahı”sından çıxarıldı. Adətən bu cür məsələlərdə XİN onu əsas götürür ki, statusundan asılı olmayaraq hər hansı bir şəxs işğal olunmuş torpaqlara səfərinə izahat verir, üzr istəyir. Bilinən qədər Nagehan Alçı belə bir yazı qaralayıb, amma üzürü yenə qəbahətindən betər olub...

“Yeni Müsavat”ın əldə etdiyi dəqiq bilgiyə görə, 2013-də Nagehan Alçının adının “qara siyahı”dan çıxarılması o zaman Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri işləyən Elnur Aslanovun ciddi səyi nəticəsində mümkün olub. Xəbərdə deyilir ki, E.Aslanovun himayəsinə aldığı jurnalistin adının “qara siyahı”dan çıxarılmasına Türkiyədəki diplomatik korpusumuz, dost ölkədə fəaliyyət göstərən Azərbaycanın dostlarına aid bir sıra dərnəklər etiraz da edib. Çünki onlar ermənilər və Ermənistan haqda daima yazılar yazan bir jurnalistin, nəhayət, vicdanın səsinə qulaq asacağına inanmayıblar. Təəssüf ki, E.Aslanovun “təhlili” və “informasiya təminatı” sayəsində anti-Azərbaycan mövqeli bu qadının adı “qara siyahı”dan çıxarılıb. 2014-cü ilin mayında həm də Türkiyədəki bu cür şübhəli fəaliyyətinə görə PA-dakı vəzifəsindən qovulan E.Aslanovun Nagehan Alçını niyə bu qədər israrlı müdafiə etdiyi hələ də bilinmir.

Bilinən odur ki, Nagehan Alçı aprelin 10-da “Azeriler dost, Ermeniler düşman mı?” (
http://www.milliyet.com.tr/azeriler-dost-ermeniler-
dusman/gundem/ydetay/2224395/default.htm
) sərlövhəli yazısı ilə bir daha erməni sevgisini ortaya qoyub. Erməni təxribatı nəticəsində cəbhədə Azərbaycanın dörd bir tərəfinə şəhid tabutları getdiyi bir vaxtda Nagehan Alçı ermənilərin itkilərindən yazan türk mediasını hətta qınayıb da. Onun təkcə sərlövhəyə çıxardığı bu mövqeyi E.Aslanovun “kadrının” dəyişmədiyini görmək üçün kifayətdir. Amma bu da son deyil...
Aprelin sonunda Bakıda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda... Nagehan Alçı da iştirak edib. “Milliyet” yazarı Bakıya ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsində gəlib. Komfort və rahat...

Amma burada da gördükləri onu məmnun etməyib, Bakını Qərbdən “kopyalanmış şəhər” hesab edib, Ərdoğana Azərbaycan rəhbərliyinin diqqətinə isə qısqanc yanaşıb. Yazıda Azərbaycan hakimiyyətinə ünvanlı tikanlı ifadələr işlətməkdən vaz keçməyib.

Amma cızma-qarasında əsas hədəf Bakıdan sonra təyyarəsində bu dəfə Xorvatiyaya getdiyi Ərdoğan olub. Türkiyə prezidentinin Xorvatiyadakı salonda çox isti qarşılanmasını həmkarının dilindən olaraq ‘Michael Jackson geldi sanki’ ifadəsini işlədib. Türkiyə prezidentinə bu cür münasibətinin Nagehan Alçının adını “qara siyahı”dan çıxaran E.Aslanova nə qədər aidiyyəti olduğunu demək çətindir. Amma onu birmənalı demək olar ki, Nagehan Alçı öz mövqeyini dəyişməyib və yenə qərəzli və erməniyanlıdır.

Bəs görəsən, E.Aslanov onun ant-Azərbaycan yazılarını oxuduqdan sonra indi nə düşünür? Bizim XİN-in də düşünməsi lazım...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Adım “qara siyahı”dan çıxarılsın"

    "Adım “qara siyahı”dan çıxarılsın" ...

    9-12-2013, 13:17

  • 
  • XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə münasibət bildirib

    XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə ...

    2-12-2019, 16:04

  • 
  • Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib

    Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib ...

    2-11-2018, 12:46

  • 
  • Erməni lobbisi çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Dağlıq Qarabağa gətirə bilir - XİN

    Erməni lobbisi çoxlu pullar xərcləyərək ...

    30-08-2018, 12:06

  • 
  • İrəvandan Dağlıq Qarabağ bəyanatı: “Aprel döyüşlərindən sonra...”

    İrəvandan Dağlıq Qarabağ bəyanatı: “Aprel ...

    17-05-2018, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu