Heydər Əliyev Sarayında ümummilli liderin anım mərasimi keçirilib.
Tdbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb.
O, Heydər Əliyevin mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında əvəzsiz xidmətlərindən və bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.
"Bütün sahələrdə olduğu kimi ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və digərlərində inkişaf, tərəqqi Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub".
F.Babayev çıxışının sonunda, ulu öndərin öz qurucusu olduğu Heydər Əliyev Sarayına xüsusi sevgisindən, tədbir, konsertlərdə iştirakından, tədbir sonunda səhnə arxasında sənətçilərlə görüşündən danışıb və bu Sarayın adının onun məsuliyyət yükünü daha da artırdığını bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?