Bu gün bəzi saytlarda və sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun vəzifəsindən kənarlaşdırıldığı xəbəri yayılıb.
gundemxeber.az Modern.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı yayılan məlumatların tamamilə yalan və əsassız olduğunu deyib: "Bu barədə qeyri-ciddi saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır, şayiədir və heç bir əsası yoxdur”.
Qurum rəsmisi bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama da yayılacaq: "Belə əsaslandırılmamış məlumatlara inanmayın. Məsələ ilə bağlı rəsmi açıqlama da yayacağıq”.
Xatırladaq ki, Nəcməddin Sadıkov 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.
2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?