GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Fəzail Ağamalını ginekoloq müayinə edibmiş? – İDDİA

Fəzail Ağamalını ginekoloq müayinə edibmiş? – İDDİA

Tarix: 11-05-2016, 23:01 Bölmə :Siyasət Baxış: 0
Fəzail Ağamalını ginekoloq müayinə edibmiş? – İDDİA

Sabiq deputat Hüseyn Abdullayev millət vəkili Fəzail Ağamalı barəsində şok ittihamlar səsləndirib.

Vizual.az xəbər verir ki, “Quska” ləqəbli eks-deputat 2007-ci ildə baş vermiş məlum insidentdən yazıb. O, Feysbukda bu sətirləri qeyd edib:

“Həbs olunmağımın əsas səbəbi hökumətin nağıl hesabatını tənqid etməyim yox, hansısa Ağamalı adlı bir deputatın şikayəti idi. Güya ki, həmin vaxt parlamentdə baş vermiş insidentdə (halbuki mən o an sadəcə özümü müdafiə etmişəm) Fəzail bəy beyin travması almışdır. Absurd, yenə də absurd!

Dostlar, xahiş edirəm sonrakı kəlmələrə diqqət yetirin. Deməli qanuna uyğun olaraq, bir insanın hər hansısa beyin xəsarətin müəyyən edilməsi və son ekspertiza rəyinin çıxarılması üçün xəsarət alan şəxs ən azı 21 gün müddətində xəstəxanada yatmalı və mütəxəssis müayinəsindən keçməlidir. Sağ olsun o vaxtkı vəkilim Cavanşir Süleymanov. Onun peşəkar araşdırması nəticəsində məlum olmuşdur ki, həmin ərəfədə Fəzail bəy nəinki xəstəxanada yatmamış, əksinə hətta öz xidməti fəaliyyəti ilə bağlı Sankt – Peterburq şəhərinə səfər belə etmişdir. İndi isə baxın görün məhkəmə zamanı vəkilim Cavanşir bəyin Ağamalıya ünvanladığı suallara.

– Fəzail bəy, Siz axı qanunla müəyyən edilmiş 21 günü mualicə olunub, müayinədən keçməliydiniz. Bunu etdinizmi?

– Bəli, etdim və bu mualicəni və müayinəni öz evimdə, ixtisasca həkim olan gəlinim tərəfindən heyata keçirdim.

Sən demə məhkəməyə qədər tənbəllik etməyən dəyərli vekilim müəyyənləşdirib ki, bəli onun gəlini həqiqətəndə həkim imiş. Lakin ixtisasca GİNEKOLOQ imiş. Bu faktın ortaya çıxmasına rəğmən, sifarişi yerinə yetirən hakimlər bunu görməzdən gəldi. Belədirsə mən, canım qədər sevdiyim Azərbaycan xalqına bir sual vermək istəyirəm. Əzizlərim, mən əminəm ki, sizlər 2007-ci il mart ayında parlamentdə baş vermiş provokativ insindentin şahidi olmusunuz. İndi siz deyin həmin vaxt Fezail adlı deputatla mənim aramda baş vermiş insident zamanı ginekaloqiyaya aid hər hansısa bir hadisə baş vermişdirmi?”

***

Gəlinim mənə iynə vurub, təzyiqimi aşağı salmaq, ürək döyüntülərimi nizamlamaq üçün yardım edib.

Bu sözləri millət vəkili Fəzail Ağamalı Axar.az-a sabiq deputat Hüseyn Abdullayevin sosial şəbəkədə ünvanına yazdığı məlumata münasibət bildirərkən deyib.

F.Ağamalının sözlərinə görə, H.Abdullayevin yazdıqları böhtandan başqa bir şey deyil:

“Bəli, mənə ilkin tibbi yardımı evdə göstərdilər. Hadisə baş verən gün kifayət qədər xoşagəlməz vəziyyət yaranmışdı. Olduqca gərgin durum vardı, təzyiqim yüksək idi. Bunun üçün birinci növbədə evə gəldim və mənə tibbi yardım göstərildi. Bunu da Tibb Universitetinin Terapiya fakültəsini bitirən, onun dediyi kimi, ginekoloq deyil, anestezioloq vəzifəsində çalışan gəlinim etdi. O, sadəcə məni pis durumdan çıxardı. Mənə iynə vurdu, təzyiqimi aşağı salmaq, ürək döyüntülərimi nizamlamaq üçün ilkin yardım etdi.

Sabahı Neftçilər Xəstəxanasına gedib qeydiyyatdan keçdim. Dəqiq yadımda deyil, iki, ya üç sutka Neftçilər Xəstəxanasında yatdıqdan sonra Mərkəzi Klinikanın poliklinikasında bir aya yaxın müalicəni davam etdirdim. Bunu sübut edən sənədlər də var”.

Fəzail Ağamalı keçmiş həmkarının kişiyə yaraşan açıqlama vermədiyini də xatırladıb:

“O, yalan danışır. Onun dedikləri kişiyə yaraşan hərəkət deyil ki, kişi ilə kişi arasında olan məsələləri bu şəkildə gündəmə gətirməzlər. Bu, bir daha Hüseyn Abdullayevin hansı mənəviyyata malik olduğunu sübut edir. O unutmamalıdır ki, məhkəmə stenoqramında məndən, millət vəkillərindən və bütün Azərbaycan xalqından üzr istəməsi və digər məlumatlar hələ də qalır. Heç vaxt onun yaxınlarının mənə yaxınlaşması və digər məsələlər barədə nə isə dilimə gətirməmişəm.

Hüseyn Abdullayev konkret olaraq öz əməlinin hüquqi qiymətini aldı. Sadəcə, Ulu Öndərin ruhu onu tutdu. O, hamıya qarşı gedirdi. Çünki çox varlanmışdı. Hədsiz dərəcədə varidat sahibi idi, bütün keçmişini unutmuşdu. Onun inkişafında, bu var-dövləti qazanmasında rolu olan insanların zəhməti onun burnundan gəldi. O, heç kimi günahlandırmasın. Hər kəs öz əməlinə görə cavab verir. Düşünürəm ki, Hüseyn Abdullayev bu məsələləri yenidən gündəmə gətirməklə böyük allahsızlığa yol verir”.

Hüseyn Abdullayev Feysbuk səhifəsində aralarında yaşanan 2007-ci il davasından sonra Fəzail Ağamalıya ilkin tibbi yardımı “ginekoloq ixtisaslı” gəlininin etdiyini xüsusi eyhamla yazıb.

Xatırladaq ki, Milli Məclisdə yaşanan bu xoşagəlməz hadisədən sonra H.Abdullayev deputat mandatından məhrum edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdu.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Millət vəkili Rövşən Lənkəraniskinin qətlindən danışdı

    Millət vəkili Rövşən Lənkəraniskinin qətlindən ...

    18-08-2016, 14:26

  • 
  • «PAŞA Bank» deputatın oğlunu məhkəməyə verib – KREDİT MÜBAHİSƏSİ

    «PAŞA Bank» deputatın oğlunu məhkəməyə verib – ...

    5-09-2019, 14:14

  • 
  • Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə verildi - DETALLAR

    Fəzail Ağamalının biznesmen oğlu yenə məhkəməyə ...

    26-07-2022, 15:42

  • 
  • Fəzail Ağamalı da coşdu

    Fəzail Ağamalı da coşdu ...

    25-01-2013, 11:55

  • 
  • "Quska"nın biznes ortağı olan icra başçısı necə sərvət toplayıb... - İLGİNC FAKTLAR

    "Quska"nın biznes ortağı olan icra ...

    22-05-2018, 12:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu