Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəsinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov vəzifədən getdiyini açıqladı.
Y.İsakov bu barədə özünün şəxsi facebook səhifəsində yazıb. O qeyd edib ki, müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzusu Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı: "Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqiı jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı. Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. 2 il ərzində bizim aramızda tək rəis-işçi münasibəti yox, həm də dostluq əlaqələri olub. Mən isə hazırda bir müddət əvvəl fəaliyyətini dondurduğum Press24.az saytını bərpa etmək fikrindəyəm".
Qeyd edək ki, Yaşar İsakov 2014-cü ildə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin Mətbuat məsələləri üzrə köməkçisi təyin edilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?