GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Amnistiya aktına bu maddələr üzrə təqsirli bilinənlər düşəcək – Siyahı

Amnistiya aktına bu maddələr üzrə təqsirli bilinənlər düşəcək – Siyahı

Tarix: 18-05-2016, 18:33 Bölmə :Siyasət Baxış: 0
Amnistiya aktına bu maddələr üzrə təqsirli bilinənlər düşəcək – Siyahı

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibəti ilə "Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.

Amnistiya aktının Cinayət Məcəlləsinin hansı maddələrinə şamil olunacağına gəlincə,

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev bu maddələri Axar.az-a təqdim edib.

Reyting.az xəbər verir ki, amnistiya tətbiq ediləcək şəxslər aşağıdakılar ola bilər:

1.1. Yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər;

1.2. Qərarın 1.1 -ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər;

1.3. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;

1.4. hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;

1.5. islah işləri növündə cəza təyin edilmiş şəxslər;

1.6. ictimai işlər növündə cəza təyin edilmiş şəxslər;

1.7. əsas cəza kimi müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər;

1.8. əsas cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər;

1.9. azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər;

2. 1.1 və 1.2-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilsinlər (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);

2.1. qadınlar;

2.2. cinayət törədərkən 18 yaşma çatmayan şəxslər;

2.3. Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;

2.4. Qərar qüvvəyə mindiyi günədək birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər;

2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;

2.6. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;

2.10. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;

2.11. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;

2.12. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);

2.13. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;

2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.

3. Qərarın 1.1, 1.2-ci bəndlərində və 2-ci hissəsində nəzərdə tutulan şəxslərdən başqa, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər, bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin;

4. 1.1, 1.2-ci bəndlərdə, 2 və 3-cü hissələrində nəzərdə tutulan şəxslərdən başqa, dörd ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olduqda çəkilməmiş cəza altı ay azaldılsın (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);

5. 1.3 və 1.8-ci bəndlərində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);

5.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən iki ilədək olan şəxslər;

5.2. əsas cəza kimi iki min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər;

5.3. azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş şəxslər;

5.4. azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər;

5.5. azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Amnistiya Aktının icrasına başlanıldı

    Amnistiya Aktının icrasına başlanıldı ...

    10-05-2013, 19:42

  • 
  • Mehriban Əliyeva amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət etdi

    Mehriban Əliyeva amnistiya aktının qəbulu ilə ...

    18-05-2016, 02:04

  • 
  • Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edib

    Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə ...

    20-05-2016, 21:58

  • 
  • Amnistiya üçün parlamentə müraciət edildi

    Amnistiya üçün parlamentə müraciət edildi ...

    30-04-2013, 11:57

  • 
  • Amnistiya heç 1000 nəfərə də şamil olunmayacaq

    Amnistiya heç 1000 nəfərə də şamil olunmayacaq ...

    2-05-2013, 18:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu