gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Anlaşma Memorandumu 2016-cı il martın 17-də Seul şəhərində imzalanıb.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.
Fərmanda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərsin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?