Neftçalanın Kazımovası... Və ya nazir Qarayev rayon mədəniyyətini kimə tapşırıb?
Turizm və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən rayon şöbələrinə aid qurumların bərbad olması zaman-zaman müzakirə mövzularından olub. Mədəniyyyət saraylarında qoyunların dincəlməsi, it-pişiklərin qonaqlıq verməsi və sair kimi halları təsdiqləyən foto-video faktlar dəfələrlə göstərilib. Amma, bütün bunlara baxmayaraq, hər kəs öz ampulasında, hər kəs öz al-verindədir. Hətta nazir Əbülfəz Qarayev belə nə desə fakt öz sözünü deyir.
Reallıq ortadadır. Bizimesr.az-a Neftçala rayonundan daxil olan faktlar və şəkillər sadalananları bir daha subut edir. Belə ki, Turizm və Mədəniyyət Nazirliyinin Neftçala rayon şöbəsinə müvəqqəti müdir əvəzi kimi təyin edilən Elmira Kazımova bu şöbəni talayıb çapmaq kimi bir vəzifəni öz qarşısına məqsəd qoyub. Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerdə aparılmış yoxlamalarla şöbənin işində xeyli qüsur və nöqsanlar aşkar edilməsinə baxmayaraq, bu Elmira Kazımova öz işindədir. Üstəlik bildirir ki, "nə qədər nazirlikdə yüksək vəzifə sahibi olan Mərdan adlı şəxs varsa mənə zaval yoxdur, üstəlik rayon icra başçısının müavini Gültəkin Sadıqova da mənim arxam və dayağımdır".
Kimdir Gültəin Sadıqova? Birinci müavin postuna necə sahib olub? Onu kim qoruyur? Bu barədə yaxın günlərdə oxuyacaqsınız. Daha bir maraqlı məqam isə şöbənin tabeçiliyində olan Uşaq İncəsənət və Musiqi Məktəbindəki müəllimlərin əmək haqqları «fond pulu», «təmir pulu», «bayram pulu» və sair adları altında talan edilərək Elmira xanımın cibinə axıdılır.
Etiraz edənlərə isə bildirilir ki, bu pullar icra başçısının müavininin birbaşa göstərişi əsasında yığılır və bunun arxasında şəxsən o özü dayanır. Rayon mədəniyyət şöbəsinin tabeçiliyində adı olub özü olmayan Tarix Diyarşünaslıq Muzeyi var ki, onun Rövşən Həsənov adlı gözə görünməz rəhbəri var. Onun da tabeçiliyində işçilərin əmək haqqlarının 50 %-i Elmira xanımın cibinə yönəldilir. Ümumiyyətlə, Elmira Kazımova barəsində çox danışıb yazmaq olar.
Onun öz şöbəsindəki «ölü canlardan» şöbəyə ayrılan inventar və avadanlıqların satışından əldə olunan «mənfəət» və sairdən danışmırıq. Mənbə bildirir ki, Rayon Mədəniyyət şöbəsinin müdir əvəzi Elmira Kazımovanın fəaliyyəti ciddi araşdırılarsa onu həbs gözləyir. Elmira xanımın əyləşdiyi Rayon Mədəniyyət və Turizm idarəsinin arxa hissəsinin fotogörünüsünü oxuculara və Mədəniyyət və Türizm naziri Əbulfəz Qarayevə göstərək ki, rayonda mədəniyyətin hansı səviyyədə olduğunu gösün. Görsün ki, onun rayon mədəniyyətini etibar etdiyi adam hansı əməl sahibidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?