GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər

Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər

Tarix: 9-06-2016, 01:08 Bölmə :Siyasət Baxış: 0
 Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər

Avropanın mərkəzində mühüm görüşlər və kritik mesajlar; Ölkə başçısı İlham Əliyev Almaniya səfəri çərçivəsində dünyaya Qarabağ çağırışı elədi, Qərbi ikili standartlara son qoymağa, işğalçını cilovlamağa səslədi; Berlin səfəri ölkəmizin Avropa üçün energetik dəyərinin növbəti təsdiqinə çevrildi, kansler Merkel Qarabağ vədi verdi...
Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya iki günlük işgüzar səfəri başa çatıb. Dünən səfərin ikinci günü o, Azərbaycan-Almaniya biznes forumuna qatılıb və çıxış edib. Almaniyanın vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriellə birgə forumu açan İlham Əliyev Dağlıq Qarabağ konfliktindən də danışıb və “problem həllini tapmalıdır” söyləyib.

“Almaniya və Azərbaycan yaxşı tərəfdaşdır. Biz bir çox sahələr üzrə əməkdaşlıq edirik. Bizim ölkənin iqtisadiyyatı və sonrakı inkişafı üçün bölgədə sabitlik və təhlükəsizlik istənilən başqa ölkə kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanla 1994-cü ildə atəşkəs əldə olunandan sonra 20 ildən çox dinc şəraitdə yaşayır. Bu müddəti biz iqtisadi inkişaflımıza sərf eləmişik. Ancaq bu sülh, atəşkəs olduqca kövrəkdir. Bu yaxınlarda təmas xəttində baş verən hadisələr də göstərdi ki, Dağlıq Qarabağ konflikti dondurulmayıb, onu həll eləmək lazımdır” - prezident qeyd edib.

Aprel döyüşlərindən danışan İlham Əliyev deyib: “Aprelin əvvəllərində Ermənistan Azərbaycana qarşı təxribata əl atdı və biz həm öz vətəndaşlarımızı, həm də hərbi mövqelərimizi qorumaq üçün cavab tədbirləri görməli olduq. Aprel hadisələri göstərdi ki, Ermənistan daha situasiyaya nəzarət eləmək və status-kvonu saxlamaq qabiliyyətində deyil”.

 Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər

Ölkə rəhbəri həmçinin münaqişə zonasında zərurətin diktəsi ilə status-kvonun artıq real olaraq dəyişdiyinə diqqət yönəldib: “Minsk Qrupu həmsədrləri birgə bəyanat verdilər ki, status-kvo artıq məqbul deyil. Almaniya da ATƏT sədri kimi bəyan elədi və dəqiq mövqe bildirdi ki, status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsi isə Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin işğaldan təmizlənməsidir”.

Bu xüsusda Azərbaycan prezidenti beynəlxalq birliyin problemə yetərli diqqət ayırmadığını söyləyib: “Beynəlxalq təşkilatlar bu hadisələrə qiymət verib, biz onlara minnətdarıq. BMT TŞ Ermənistanın öz qoşunlarını çıxarması üçün 4 qətnamə qəbul edib. Ancaq Ermənistan həmin qətnamələrə əməl etməyib. Əfsus ki, Ermənistanı məcbur eləməyə yönəlik təzyiq mexanizmləri hazırlanmayıb, ona sanksiyalar tətbiq edilməyib. Biz burada ikili standartları görürük. Axı bir çox hallarda BMT-nin qətnamələri cəmi bir neçə gün ərzində icra edilir. Bizim nümunədə isə onlar 20 ildir kağız üzərində qalıb. Bu münaqişə BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yoluna qoyulan kimi biz Güney Qafqaz regionunda sabitlik və iqtisadi inkişafı görəcəyik” - Azərbaycan prezidenti çıxışının sonunda bildirib.

 Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər

Ziqmar Qabriel forumun keçirilməsindən məmnun olduğunu bildirib. O, bir neçə gündən sonra Bakıda baş tutacaq “Formula-1" yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Vitse-kansler Cənub Qaz Dəhliz layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib. Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən - Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.

Səfərin mərkəzi hadisəsi isə təbii ki, İlham Əliyevlə Almaniya kansleri Angela Merkel arasında keçirilən görüş olub. Gözlənildiyi kimi, görüşdə əsas müzakirə mövzusu Qarabağ konflikti ətrafındakı vəziyyət və ikitərəfli münasibətlər olub.

 Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər

“Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik”. Bunu İlham Əliyev Merkellə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib (APA): “Təəssüf ki, bu qətnamələr yerinə yetirməyib. Bunun üçün mexanizm yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olunmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllini istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil”. Dövlət başçısı bir daha “status kvo”nun dəyişməli olduğunu, eyni zamanda Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

 Azərbaycan prezidenti Berlindən müharibə xəbərdarlığı etdi - atəşkəs hər an pozula bilər

“Almaniya ilə Azərbaycana arasında aktiv siyasi dialoq mövcuddur”. Bunu da Azərbaycanın başçısı söyləyib: “Bu gün alman-Azərbaycan biznes forumunda iştirak etdim. Bu əməkdaşlığın regionda sülh və sabitliyə yol açacağına ümid edirəm. Azərbaycan genişmiqyaslı enerji layihələri həyata keçirir. Avropa İttifaqı səylərimizə böyük dəstək verir. Bu baxımdan Cənubi Qaz Dəhlizi layihəsi tədarükçü kimi bizə enerji diversifikasiyası, Avropaya isə yeni qaz mənbəyi imkanı verir. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə yenidir”.

İlham Əliyev Angel Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək nəqliyyat xətti barədə də məlumat verib: “Bu nəqliyyat xətti iki qitə arasında etibarlı əlaqə quracaq. Biz bunu da ilin sonunda istifadəyə vermək niyyətindəyik”.
Rusiya ilə münasibətlərə toxunan prezident Əliyev bu münasibətləri “yaxşı və konstruktiv” adlandırıb: “Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var. Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur”.

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: “Azərbaycan təkcə Rusiyadan deyil, Türkiyə, İsrail, Belarus və İrandan da silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.

“Biz ikitərəfli münasibətlərin intensivləşdirilməsi, Azərbaycandakı iqtisadi vəziyyət, neft və qaz qiymətlərinin hazırkı qiymətləri barədə müzakirələr apardıq”. Bunu isə Angela Merkel deyib. Merkel bildirib ki, mövcud vəziyyət ölkədə iqtisadi islahatlara töhfə verib. “Həmçinin Azərbaycandakı sosial vəziyyətlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək... Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Biz Qarabağ münaqişəsinin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk Qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik”.ə

Bununla yanaşı, Almaniya kansleri onu da qeyd edib ki, Rusiya münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır: “Şübhəsiz ki, Rusiya konfliktin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk Qrupunun həmsədrləri olaraq Rusiya, ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.

Siyasət şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Almaniyaya gedir

    İlham Əliyev Almaniyaya gedir ...

    6-04-2016, 21:20

  • 
  • İlham Əliyev Merkellə Dağlıq Qarabağı müzakirə edəcək

    İlham Əliyev Merkellə Dağlıq Qarabağı müzakirə ...

    3-06-2016, 16:24

  • 
  • Merkel Azərbaycanda - FOTO + YENİLƏNİB

    Merkel Azərbaycanda - FOTO + YENİLƏNİB ...

    25-08-2018, 14:30

  • 
  • İlham Əliyev Bundestaqdakı görüşlərdən imtina etdi

    İlham Əliyev Bundestaqdakı görüşlərdən imtina etdi ...

    9-06-2016, 19:54

  • 
  • Angela Merkelin rəsmi qarşılanma mərasimi olub

    Angela Merkelin rəsmi qarşılanma mərasimi olub ...

    25-08-2018, 11:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu