İyunun 16-da Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasında səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşmüb. Baş prokurorun mətbut xidmətindən “Gündəm Xəbər”ə verilən məlumatda bildirilir ki, Baş prokuror cari ilin aprel ayından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normalarını kobudcasına pozaraq qadağan edilmiş kimyəvi tərkibli hərbi sursatlardan istifadə edilməsi, qoşunların təmas xəttində atəşkəs rejimini pozması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonlarının ərazisində yaşayan mülki əhali arasında itkilərin olması, dinc əhalinin yüzlərlə əmlakına ziyan vurulması barədə məlumat vermişdir. Görüşdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyi, bu istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm işlərin görüldüyü xüsusi vurğulanmışdır. Həmməruzəçilər son dövrlər Azərbaycan Respublikası Prezidentinin “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının və Amnistiya aktı haqqında qərarın qəbul edilməsini humanizm prinsipinin bariz nümayişi kimi qiymətləndirmişlər. Görüş zamanı Azərbaycanda fikir, söz və məlumat azadlıqlarının, siyasi plüralizm prinsiplərinin həyata keçirilməsinin təmin olunması sahəsində xeyli işlərin görüldüyü qonaqların diqqətinə çatdırılmaqla digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak etmişdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?