GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağda müharibə bir də başlasa dayandırmaq mümkün olmayacaq...

Qarabağda müharibə bir də başlasa dayandırmaq mümkün olmayacaq...

Tarix: 17-06-2016, 01:05 Bölmə :Siyasət Baxış: 0
Qarabağda müharibə bir də başlasa dayandırmaq mümkün olmayacaq...

Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspert, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal münaqişə ətrafındakı vəziyyətə dair yeni məruzə ilə çıxış edib.

Məruzə Carnegie Europe fondunun saytında yerləşdirilib. Tomas de Vaal bu fondun baş elmi əməkdaşıdır.

Müəllif yazır ki, aprel döyüşləri 1994-cü ildən bəri ən ağır toqquşmalar idi. Ancaq ermənilərin təqdim etdiyinin əksinə olaraq Azərbaycanın tammiqyaslı hərbi hücumu deyildi. Hansı ki, Azərbaycan işğal altındakı ərazilərini geri qaytarmaq üçün müntəzəm olaraq güc tətbiqi hədələri ilə çıxış edir.

“Böyük ehtimalla bu döyüşlər Bakının status-kvonu silkələmək, münaqişəni beynəlxalq gündəmə gətirmək və erməni tərəfinə təzyiqləri artırmaq cəhdi idi. Azərbaycan ordusu bu döyüşlər zamanı iki yüksəkliyi geri alıb. Onlardan biri Lələ təpə İran sərhədlərindən 3 mil məsafədə yerləşir və müəyyən strateji əhəmiyyətə malikdir. Bu döyüşlər həmçinin azərbaycan cəmiyyətini milli bayraq ətrafında birləşdirdi və iqtisadi çətinlikləri unutdurdu”-Tomas de Vaal özünün “Qafqaz əsirləri: Qarabağda təhlükəsizlik dilemmasının həlli” adlı məruzəsində yazır.

Qarabağda müharibə bir də başlasa dayandırmaq mümkün olmayacaq...

Müəllif qeyd edir ki, aprel döyüşləri Dağlıq Qarabağ ətrafında yeni təhlükəsizlik boşluğunu üzə çıxardı. Mayın 16-da ABŞ, Rusiya və Fransa Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşünü təşkil edərək bu boşluğu doldurmağa çalışıb. Həmin görüşdə razılaşdırılıb ki, tərəflər atəşkəsin monitorinqinin möhkəmləndirilməsinə dair təklifləri qəbul edirlər və münaqişənin nizamlanması üçün danışıqlara başlayırlar.

Gözlənilir ki, bu danışıqlarda 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən redaktə edilən, 2011-ci ildə Kazanda prezidentlərə təqdim olunan təkliflər müzakirə olunacaq.

Müəllifə görə danışıqların növbəti raundu haqda razılaşma əldə olunsa da yeni toqquşmaların alovlanması riski yüksək olaraq qalır. Tomas de Vaal yazır ki, Dağlıq Qarabağ ətrafında təhlükəsizlik dilemması hökm sürür. Belə ki, erməni tərəfi Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal altında saxlayaraq bununla öz təhlükəsizliyini təmin etdiyini irəli sürür, əslində isə bu vəziyyət gərginliyin artmasına və hər iki tərəfin təhlükəsizliyi üçün təhdidlərə gətirib çıxarır.

Qarabağda müharibə bir də başlasa dayandırmaq mümkün olmayacaq...

Eksper qeyd edir ki, ermənilər ətraf rayonları işğal altında saxlamaqla yanaşı bu ərazilərin geri qaytarılmasının mümkünlüyü haqda da getdikcə az danışırlar. Əksinə, həmin ərazilərə erməni adları verirlər və orada məskunlaşma aparırlar. Azərbaycanda isə belə vəziyyətdə Dağlıq Qarabağa yüksə muxtariyyət statusunun verilməsinin mümkünlüyü haqda danışanlar azalıb, bu ərazilərin hərbi yolla geri alınmasına çağıranlar artıb. Tomas de Vaal xatırladır ki, 2015-ci ilin sonlarında müdafiə naziri Zakir Həsənov 2016-ci ildə Qarabağ torpaqlarının işğalçıların ayaqları altında od tutub yanacağı haqda xəbərdarlıq etmişdi.

Tomas de Vaal hesab edir ki, bu təhlükəsizlik dilemmasını aşmaq üçün möhkəm beynəlxalq razılaşma lazımdır. 1994-cü ildə imzalanmış atəşkəs razılaşması münaqişə tərəflərinin razılaşdırdığı yeganə sənəddir, ancaq o da yarımçıqdır. Çünki tərəflər atəşkəs razılaşmasını imzalayanda razılaşdırmışdılar ki, bir ay ərzində münaqişə zonasında sülhməramlıların və ATƏT missiyasının yerləşdirilməsinin “hərbi-texniki” həllinə dair siyasi razılaşma hazırlanacaq.

Müəllif xatırladır ki, həmin vaxt Moskva öz sülhməramlılarını Qarabağa yerləşdirməyə cəhdlər edib. Ancaq hər iki tərəf buna qarşı idi. Erməni jurnalist Tatul Hakobyan “Yaşıl və Qara” adlı kitabında yazırdı ki, öz ərazilərindən axırırıncı rus əsgərlərini çıxaran Azərbaycan tərəfi Rusiya sülhməramlılarının yerləşdirilməsinə qəti şəkildə qarşı idi. Heç ermənilər də bunu istəmirdilər. Hakobyan Qarabağdan olan erməni “rəsmisi” Manvel Sərkisyandan sitat gətirərək onun azərbaycanlı diplomat Tofiq Zülfüqarovla rusları münaqişə zonasına buraxmamaq üçün necə işlədiklərini xatırladıb.

Tomas de Vaala görə aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin gələcəyinin necə olacağını proqnozlaşdırmaq çətindir. Ya yeni siyasi proses başlayıb nəticələr verəcək, ya böyük müharibə olacaq. Onun fikrincə, regionda emosiyalar olduqca yüksəkdir və atəşkəs rejimi çox kövrəkdir. Müharibə isə təhlükəli məcara olardı və çoxlu insan həyatı bahasına başa gələrdi. “Bir məsələ aydındır ki, müharibənin yeni raundunu dayandırmaq əvvəlki toqquşmalar kimi mümkün olmayacaq. Ehtimal ki, bu müharibə daha geniş coğrafiyanı əhatə edəcək, daha dağıdıcı silahlar işə düşəcək, daha çox qan axacaq”-Tomas de Vaal yazır.

Ekpert hesab edir ki, təhlükəsizlik vakuumunu ancaq münaqişənn həllinə aparan uzunmüddətli beynəlxalq təkanla doldurmaq olar. Bura münaqişə zonasında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair razılaşma da daxildir. Tomas de Vaalın fikrincə, təhlükəsizlik qarantiyası olmadan münaqişənin siyasi həllinə dair razılaşma üzərində işləmək çətindir.

F.Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Erməni əsgər: "Döyüşlər zamanı zirzəmidə gizlənmişdik"

    Erməni əsgər: "Döyüşlər zamanı zirzəmidə ...

    2-06-2016, 20:00

  • 
  • Qarabağ-hər an püskürməyə hazır olan vulkan...

    Qarabağ-hər an püskürməyə hazır olan vulkan... ...

    20-10-2019, 16:05

  • 
  • Qarabağda generallar arasında qarşıdurma qızışdı: “1 gündə 21 kilometr geri çəkilən kim idi?”

    Qarabağda generallar arasında qarşıdurma qızışdı: ...

    9-06-2016, 00:16

  • 
  • Cəbhədə döyüşlər başladı - Son dəqiqə

    Cəbhədə döyüşlər başladı - Son dəqiqə ...

    6-08-2014, 00:54

  • 
  • Qarabağın taleyində daha bir kritik gün - nəzərlər 5-ci dəfə Piterdə!

    Qarabağın taleyində daha bir kritik gün - ...

    20-06-2016, 22:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu