Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Belçika Krallığının senatoru, AŞPA-nın Hüquqi İşlər və Demokratiya üzrə Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi qəbul edib.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Senator Alen Desteks Formula -1 yarışlarının başlanması münasibətilə təbriklərini çatdırdı. Dünyada Formula-1 yarışına marağın getdikcə artdığını vurğulayan qonaq ölkəsində də Qran-Pri yarışlarının keçiriləcəyini dedi. Alen Desteks 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək təkrar seçkiləri müşahidə etmək üçün ölkəmizə səfər etdiyini vurğuladı.
Bakının Formula-1 xəritəsində yeni şəhər olduğunu deyən dövlətimizin başçısı yarışların gələn qonaqlarda maraq doğuracağına, onların ölkəmizlə yaxından tanış olmaları, Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiyaların əldə edilməsi baxımından tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?