GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Sankt-Peterburq görüşü: Putin tərəflərə nə təklif edib?

Sankt-Peterburq görüşü: Putin tərəflərə nə təklif edib?

Tarix: 28-06-2016, 18:24 Bölmə :Siyasət Baxış: 580
Sankt-Peterburq görüşü: Putin tərəflərə nə təklif edib?

5 rayonun qaytarılacağı illüziyadan başqa bir şey deyil

Bəlli olduğu kimi, iyunun 20-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Dörd günlük aprel döyüşlərindən sonra prezidentlərin ikinci görüşü Sankt-Peterburqun Konstantin sarayında baş tutdu. Bundan öncə isə prezidentlər Vyanada bir araya gəlmişdi.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl Sankt-Peterburqda Vladimir Putinlə Serj Sarkisyanın görüşü baş tutdu. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkil olunan görüşdə Ermənistan prezidenti Vladimir Putinə bu məsələyə diqqət yetirdiyi üçün təşəkkürünü bildirdi və Ermənistanın Qarabağla bağlı mövqeyinin hər kəsə bəlli olduğunu vurğuladı: “Biz məsələnin sülh yolu ilə həllini istəyirik. Mən Minsk Qrupunun həmsədr

ölkəsi kimi sizə bu məsələyə ayırdığınız diqqətə və səylərə görə təşəkkür etmək istəyirəm".

Bunun ardınca isə Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdü və iki ölkənin prezidneti Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi.

Bu görüş zamanı İlham Əliyev bildirdi ki, Qarabağda status-kvo qəbuledilməzdir, erməni qoşunlarını oradan çıxarmaq lazımdır: "Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin dediyi kimi status-kvo qəbuledilməzdir. Biz bu bəyanatları tam dəstəkləyirik. Artıq 20 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Status-kvonun dəyişməsi üçün Azərbaycan ərazilərinin boşaldılmasına başlamaq lazımdır”.

İ.Əliyev bu ərəfədə həmçinin bildirdi ki, Putinlə söhbətində Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə etmək niyyətindədir. "Ümid edirik ki, son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə konstruktiv dinamika verə biləcəyik”.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın konstruktiv rol oynadığını da qeyd etdib. O, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkilinə görə Vladimir Putinə minnətdarlığını bildirdi.

Daha sonra Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü keçirildi. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak etdilər.

Görüşdən sonar Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıdlar. Bəyanatda münaqişənin həllində dinamik danışıqların aparılması xüsusi vurğulandı.

Prezidentlərin bəyanatı barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama Verdi və bildirdi ki,

Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı uyğunlaşdırdılar: “Bəyanatda münaqişənin siyasi yollarla nizama salınması ilə bağlı addımların ön plana çıxarılması diqqətə çatdırılır”.

Onun sözlərinə görə, son günlərdə cəbhə xəttində vəziyyət sakit olaraq qalır.

Həmçinin prezidentlər Qarabağda ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı razılığa gəlidlər.

Bütün bunlar əlbəttə, görüşdən dərhal sonra verilən bəyanatlar idi və heç də danışıqları tam ifadə etmirdi. Hələ görüşdən xeyli əvvəl belə fikirlər səslənirdi ki, Rusiya tərəfi Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret təkliflə çıxış edəcək. Bəs, bu təklif nədən ibarət idi? Rusiya münaqişənin hansı prinsiplər əsasında həllini təklif edir?

Bu suala Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz

Məmmədov bir qədər aydınlıq gətirdi. Onun sözlərinə görə, Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Prezidentinin iştirakı ilə keçirilən görüşünü əvvəlkilərdən fərqli hesab etmək olar. Novruz Məmmədov bildirdi ki, bu görüş bütün məsələlərə yanaşma nöqteyi-nəzərindən daha konstruktiv və münaqişənin həllində tərəflərin daha maraqlı olmasını nümayiş etdirən görüş oldu.

Prezident Administrasiyası rəhbərinin müavini bildirdi ki, bu ilin aprel ayında Ermənistan tərəfinin Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat və Azərbaycan Ordusunun buna layiqli cavabı əslində bu məsələ ilə bağlı maraqlı tərəflərə, həm ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həm də bütün dünyaya bir mesaj idi: “Bu mesaj ondan ibarət idi ki, münaqişənin indiyə qədər həll edilməməsi, bu vəziyyətdə qalması və müəyyən mənada dondurulmuş hesab olunması çox təhlükəli bir mövqedir. Bu da münaqişənin artıq həll olunmasının zəruriliyini ortaya çıxardı. Sadalanan bu məsələlər danışıqlar prosesinin intensivləşməsinə, dövlət başçılarının və hər iki ölkənin rəsmi şəxslərinin görüşlərinin keçirilməsinə də öz təsirini göstərdi. Əldə olunan

razılığa görə, Rusiya tərəfinin keçirdiyi görüş daha məqsədəuyğun idi. Bu görüşdə də aparılan danışıqlar onu deməyə əsas verir ki, Rusiya Prezidenti Vladimir Putin münaqişənin həllində daha qətiyyətlidir və daha da məqsədli fəaliyyət ortaya qoyur”.

Prezident Administrasiyasının rəsmisi qeyd etdi ki, görüşdə münaqişənin həlli yollarının axtarılması istiqamətində geniş müzakirələr aparıldı: “Xüsusilə, təmas xəttində gərginliyin azaldılması, təhlükəsizliyin yüksək səviyyədə təmini və monitorinqlərin daha əhatəli olması ətrafında fikir mübadiləsi aparıldı. Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni, bundan sonra münaqişənin mərhələli həlli istiqamətində irəliyə getmək lazımdır. Bu razılığın həyata keçməsi üçün, əlbəttə, bundan sonra həmsədrlər xüsusi fəaliyyət göstərməlidirlər. Eyni zamanda, bu görüşü Rusiya Prezidentinin keçirməsinə baxmayaraq, məsələ digər dövlətlərlə də koordinasiya olunacaq, proseslər gedəcək”.

Novruz Məmmədov bildirib ki, danışıqların intensivləşməsində və bu cür görüşlərdə müəyyən razılıqların əldə olunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm rolu

var: “Çünki dövlətimizin başçısı bütün görüşlərində bildirir ki, mövcud status-kvo davam edə bilməz, münaqişənin həlli ilə bağlı addımlar atılmalıdır. Bu görüşdə əldə olunan nəticələr Azərbaycan Prezidentinin həmişə bütün görüşlərində, yüksək səviyyəli forumlarda, konfranslarda və zirvə görüşlərində etdiyi çıxışlarda bildirdiyi mövqenin dünya birliyi, həmsədr ölkələr, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilərək ona verdiyi reaksiyadır. Dövlətimizin başçısı həmişə qeyd edib ki, bu münaqişə gec-tez beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxıb getməlidirlər. Azərbaycanlı qaçqınlar, məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar”.

Novruz Məmmədov vurğulayıb ki, Sankt-Peterburqda bu formatda görüşlərin mütəmadi davam etdirilməsi ilə bağlı razılığa gəlinib: “Bu məsələdə də Ermənistan tərəfinin atacağı addımlardan çox şey asılıdır”.

Bəs, “mərhələli həll” variant nəyi nəzərdə tutur? Novruz Məmmədov bu suala da aydınlıq gətirib0. Onun sözlərinə görə, münaqişənin mərhələli həlli

variantına əsasən, əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi nəzərdə tutulur: “Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi gəlir. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər ki, irəliləsinlər. Hələlik bunlarla bağlı razılığa gəlinib, amma sonra Ermənistan tərəfindən düşünülmüş təxribat xarakterli addımlar atılır və deyilir ki, bunu edə bilmirəm, verdiyim sözü yerinə yetirə bilmirəm”.

PA rəsmisi qeyd edib ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin çox yüksək səviyyədə olduğunu, strateji tərəfdaşlığı, qonşuluq münasibətlərini, ümumi tariximizi, mədəni, iqtisadi, siyasi, təhlükəsizlik və s. sahələrdə əməkdaşlığı, eləcə də həmsədr ölkələrdən birinin Rusiya olduğunu nəzərə alsaq, RF münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində nizamlanmasında həm imkan, həm də mövqe nöqteyi-nəzərindən daha güclü, daha həlledici rol oynaya bilər: "Məsələn, həmsədr olmalarına baxmayaraq, Fransa da, ABŞ da bu proseslərdən nisbətən uzaqdırlar".

Bəs, Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı Azərbaycanda qeyri-rəsmi mövqe necədir? Siyasətçilər və politoloqlar bu barədə nə düşünür. Bu baxımdan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov fikirləri diqqət çəkir: “Hesab edirəm ki, ilk növbədə Sankt-Peterburqda baş tutan görüşün formatına diqqət yetirməliyik. Çünki nadir hallarda prezident Putinin digər iki prezidentlə görüşü zamanı yanında nə köməkçiləri, nə xarici işlər nazirləri, nə də həmsədrlər iştirak etməyib. Fikrimcə, bu məqamı nəzərə almaq lazımdır”.

Sabiq nazir bildirib ki, Sankt-Peterburqda baş tutan görüşdə ortaya qoyulan məsələlərin böyük bir hissəsini prezidentlər öz aralarında müzakirə ediblər: “Xüsusilə, Rusiya prezidenti Putinin mövqeyi və rolunu qeyd etmək lazımdır. Putin özü bu məsələyə böyük diqqət və önəm verir, həmçinin danışıqlarda özü birbaşa iştirak edir”.

Danışıqların məzmununa gəldikdə Tofiq Zülfüqarov hesab edir ki, erməni tərəfi məzmun haqqında bəhs edərkən çalışır ki, əsas məqam kimi atəşkəs rejiminin gücləndirilməsi faktını göstərsin: “Ancaq heç də inandırıcı deyil ki, Anjey Kaspirşikin mandatı o qədər böyük məsələdir ki, prezidentlər və Rusiya rəhbəri

birbaşa bu işlə məşğul olsun. Təbii ki, danışıqlarda, tərəflərin elan etdiyi məqamların arxasında daha ciddi məsələlər durur. Bu da ondan ibarətdir ki, söhbət heç də ermənilərin göstərmək istədiyi atəşkəs rejimi, təhlükəsiz məsələlərindən getmir. Bunun üçün prezidentlərin görüşünü təşkil etmək tələb olunmurdu. Fikrimcə, görüşdə daha ciddi məsələlər müzakirə edilib, lakin mümkündür ki, onlar bəyan edilməyib. Təbii ki, söhbət Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən gedir. Danışıqlarda əsas müzakirə mövzusu bu ola bilər. Bir daha vurğulamaq istərdim ki, Anjey Kasprişikin mandatını dəyişmək üçün Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək heç də vacib deyildi”.

Ancaq bəzi politoloqlar hesab edir ki, Sankt Peterburq görüşü məhz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əsas söz sahibi olduğunu sübuta yetirmək üçün idi. Rusiya çatdırmaq istəyirdi ki, onun istəyi olmadan bu görüşlər baş tuta bilməz. Onların fikrincə, bununla da Rusiya münaqişənin tənzimlənməsini məhz öz nəzarətində saxlayacağını vurğuladı. Görüşün əsas mesajı ondan ibarət idi ki, atəşkəs pozulmayacaq, hərbi əməliyyatlara başlanılmayacaq.

Bu fikirdə olanlar vurğulayır ki, Sankt-Peterburqda görüşündə atəşkəs öhəliyini üzərinə götürməklə rəsmi Bakı son aylarda etdiyi çıxışları alt-üst etmiş oldu. Və bundan sonrakı görüşlər də elə münaqişənin dondurulmuş vəziyyətdə saxlanlmasından ötrü davam etdiriləcək.

Sankt Peterburq görüşü ilə bağlı daha pessimist düşünənlər də var. Məsələn, politoloq Zərdüşt Əlizadə hesab edir ki, Rusiya heç bir vəchlə Qarabağın nə Ermənistana verilməsini, nə də Azərbaycana qaytarılmasını, ya da heç bir həllini istəmir: “Buna görə də Rusiya Azərbaycan və Ermənistan rəhbərlərinə göstəriş verib ki, münaqişəyə toxunmasınlar. Azərbaycana xüsusilə tapşırıb ki, sülh potensialından istifadə etməyə heç bir cəhd göstərməsin. Ermənistana da deyib ki, güzəştə yönəlik heç bir addım atmasın. Əksinə, erməni cəmiyyətində türklərə düşmənçilik təlqin etsin. Beləliklə də münaqişəni nəzarətdə saxlasın”.

Lakin buna baxmayaraq, aprel görüşləri göstərdi ki, münaqişə dondurulmuş şəkildə qala bilməz və şübhəsiz ki, Rusiya da bu məqamə nəzərə almaya bilməz.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentlərin görüşü başa çatdı- Yenilənib

    Prezidentlərin görüşü başa çatdı- Yenilənib ...

    19-11-2013, 16:41

  • 
  • Soçi görüşü başa çatdı

    Soçi görüşü başa çatdı ...

    10-08-2014, 19:25

  • 
  • Putin, Əliyev və Sarkisyan razılığa gəldilər

    Putin, Əliyev və Sarkisyan razılığa gəldilər ...

    20-06-2016, 21:24

  • 
  • Prezidentlərin növbəti görüşü ABŞ-da keçiriləcək

    Prezidentlərin növbəti görüşü ABŞ-da keçiriləcək ...

    28-10-2014, 12:00

  • 
  • Prezident İlham Əliyev: «Vasitəçilər anlamalıdırlar ki…»

    Prezident İlham Əliyev: «Vasitəçilər ...

    18-06-2016, 15:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu