Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
Dövlət başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Sorğu
Yeni dizaynımız necədir?