GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son xəbərdarlıq

Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son xəbərdarlıq

Tarix: 11-07-2016, 15:40 Bölmə :Siyasət Baxış: 600
Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son xəbərdarlıq

Ermənistan illərdən bəri yürütdüyü işğalçı siyasətdən əl çəkməsi, aqressiv ritorikasını dayandırması ilə bağlı faktiki olaraq son xəbərdarlığını alıb. Xəbərdarlıq NATO-nun Varşava sammitində səsləndi.
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsi ilə bağlı proseslərdə son dönəmdə ciddi dəyişikliklər var.

Varşavada NATO sammiti çərçivəsində "Dövlət və hökumət başçıları səviyyəsində "Qətiyyətli dəstək" missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş" keçirilib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib: "Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.

İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qoşunların Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk".

... Yetərincə qısa zaman kəsiyi ərzində Avropa Birliyi, AŞPA, ATƏT, NATO və hətta Ermənistanın da üzv olduğu MDB ölkələrinin Kollekttiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini, Dağlıq Qarabağ ermənilərinin "müstəqillik"lə bağlı bəyanatlarının illüziya olduğunu açıqladılar.

NATO-nun Varşavda keçirilmiş sammitində də təşkilatın yekun kommünikesində Dağlıq Qarabağ münaqişəsinə əlahiddə yer ayrıldı. Şimali Atlantika Alyansına üzv ölkələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədilər.
Kommünikenin 24-cü paraqrafında vurğulanır ki, alyans ölkələri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqdir: "Bununla əlaqədar olaraq, biz Cənubi Qafqazda, həmçinin Moldovada münaqişələrin beynəlxalq hüququn bu prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edirik".

Bu isə o deməkdir ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.
2014-cü ilin 4-5 sentyabrında NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da NATO-nun üzv dövlətləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək, Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulamışdılar. Həmin sənəddə dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanmış və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunmuşdu.
NATO erməni separatizmi, terrorçuluğu və işğalçılıq siyasətinin nə olduğunu, habelə Ermənistanın "arqument"lərinin beynəlxalq hüquqa qarşı olduğunu aşkar bildirdi.

Qərbi Avropa, əslində, çox gec olsa da, separatizmin hansı təhlükə kəsb etdiyini etiraf edib. Belə ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə komissarı Federika Moqerini "Avropa Birliyinin qlobal strategiyası" ("EU Global Strategy") adlı proqram sənədini təqdim edib.

Əsas elementlərdən biri qismində dövlətlərin ərazi bütövlüyünün vurğulandığı sənəddə bildirilir ki, Avropada təhlükəsizliyin ən önəmli məqamları dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və mübahisələrin dinc danışıqlar yolu ilə həllidir.
"Bu prinsiplər Avropa Birliyinin sərhədlərindən daxildə və xaricdə bütün dövlətlərə şamil olunur", - sənəddə vurğulanır.
Beləliklə, əvvəl Avropa Birliyi, sonra da Varşava sammitində bəyan etdilər ki, müasir dünya düzəninin və siyasətinin əsas qaydalarından biri sərhədlərin toxunulmazlığı və suverenlikdir.

Azərbaycan da illərdən bəri bunu deyir, Ermənistanın işğalçı siyasət yürüdərək beynəlxalq hüququ heçə saydığını Qərbə anlatmağa çalışır.
ATƏT-in Parlament Assambleyasının Tiflisdə qəbul etdiyi qətnamədə də qurumun səlahiyyət məkanındakı münaqişələrin dinc danışıqlar vasitəsilə çözülməsi istiqamətində səylərin daha da aktivləşdirilməsinə zərurət duyulduğu, güc tətbiqinin yolverilməzliyi, BMT Nizamnaməsinə və Helsinki aktına şəksiz riayət olunmaqla dövlətlərin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyi prinsiplərinin ümdə olduğu vurğulanıb.
NATO-nun Varşava sammiti bu baxımdan Azərbaycan üçün uğur sayıla bilər, çünki bu toplantıda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasının zərurəti ilə yanaşı, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi də önə çəkilib.

NATO onu da bəyan etdi ki, istənilən ölkənin hər hansı başqa dövlətin ərazi bütövlüyünə və siyasi suverenliyinə qarşı güc tətbiq etməsi, yaxud da belə tətbiqlə bağlı təhdidlər səsləndirməsi yolverilməzdir, belə əməllərə görə ciddi məsuliyyət daşınır.

Bəhs etdiyimiz açıqlama Helsinki aktına əsaslanır və həmin sənədi MDB ərazisində Rusiyanın təşəbbüsü ilə yaradıralaraq Moskvanın idarəetməsində olan KTMT bloku da dəstəklədiyini bildirib.

KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri Şurasının (XİNŞ) İrəvanda bu ayın əvvəlində keçirilmiş toplantısında yekun sənəd kimi qəbul edilmiş qətnamədə də Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə həllinə yönəlmiş Vyana və Sankt-Peterburq toplantılarındakı razılaşmalar dəstəklənir. Ən başlıcası isə budur ki, KTMT-nin XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki aktının norma və prinsipləri əsasında nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə göstərdikləri səylər dəstəklənir.

Sənədi Ermənistan da imzalayıb və bununla da işğalçı siyasət yürütdüyünü, Azərbaycanın ərazi bütövlüyünə qəsd etdiyini etiraf edib.
Ermənistanın XİN başçısı Edvard Nalbandyanın bu sənəddə imzasının olması həm də Rusiyanın İrəvana sərt təzyiqlər göstərərək Serj Sarkisyan rejimini aqressiv marazm səviyyəsindəki siyasətində "zəruri düzəlişlər"ə vadar etməyə başlamasından xəbər verir.

Orxan Hun
Milli.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Varşavada NATO Sammitinin açılışında iştirak edib - YENİLƏNİB - FOTO

    Prezident İlham Əliyev Varşavada NATO Sammitinin ...

    8-07-2016, 22:10

  • 
  • Prezident: “Terrorizm Ermənistanın işğalçı siyasətinin tərkib hissəsidir”

    Prezident: “Terrorizm Ermənistanın işğalçı ...

    16-11-2015, 15:45

  • 
  • Prezident İlham Əliyev NATO Sammiti iştirakçılarının şərəfinə verilmiş naharda iştirak edib

    Prezident İlham Əliyev NATO Sammiti ...

    9-07-2016, 10:48

  • 
  • Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında

    Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında ...

    11-06-2016, 13:51

  • 
  • "Erməni qoşunu çıxmalıdır"

    "Erməni qoşunu çıxmalıdır" ...

    10-08-2014, 18:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu