gundemxeber.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən Hacıqabul rayon prokuroru Tarıyel Qurbanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, həmin şöbənin rəisi vəzifəsində çalışan Rövşən Maqsudov isə Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, T. Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?