Azərbaycan mətbuatı Türkiyədə baş verən hadisələri işıqlandırarkən mütləq şəkildə hazırkı hakimiyəti müdafiə etməlidir. Bu, bizim borcumuzdur. Türkiyə hakimiyyətini müdafiə etmək lazımdır. Heç bir mətbuat qurumu dövlət çevrilişini müdafiə edə bilməz.
gundemxeber.az bildirir ki, bunu azvision.az-a millət vəkili Nizami Cəfərov ANS telekanalının bağlanmasına münasibət bildirərkən deyib.
Deputat təklif edib ki, ANS MTRŞ ilə danışıqlar aparmalı, əlaqələri bərpa etməyə çalışmalıdır: "ANS telekanalının hansı səbəbdən bağlanması hər kəsə məlumdur. Sözsüz ki, Türkiyədə baş verən hadisələr bu ölkənin daxili işidir. Biz kənardan müdaxilə edə bilmərik. Buna baxmayaraq, Türkiyənin indiki hakimiyyətini müdafiə etməliyik. Mətbuat orqanlarının Türkiyənin daxili işlərinə qarışması, məsələnin mahiyyətini bilməyə-bilməyə problemlər yaratması düzgün deyil. Hazırda həssas məqamdır, diqqətli olmalıyıq".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqda qərar çıxarıb.
MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin "hakimiyyət tərəfindən təşkil edilən şou" olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?