Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının gördüyü işlər haqqında məlumat verilib. Yığıncaqda avqust ayında Elçibəylə bağlı tədbirlərin keçirilməsi, mediada informasiyaların yayılması, gənclərin Elçibəy irsinə daha böyük maraq göstərməsi müsbət qiymətləndirlmiş, bu istiqmətdə fədakarlıq göstərən gənclərin, KXCP üzvlərinin fəaliyyətləri yüksək qiymətləndirilib. Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin qərarlarına uyğun olaraq 22 avqust 2016-cı il Savalan Ziyarəti Günü münasibəti ilə partiyanın ali orqanları üzvlərinin Savalan dağını ziyarət etməsu, Fəxri Xiyabanda və KXCP qərargahında Əbülfəz Elçibəyin vəfatının 16-cı ildönümünə həsr oilunmuş anım tədbirinin keçirilməsi müsbət qiymətləndirilmişdir. Yığıncaq KXCP Nümayəndə heyyətinin (B.Əbil, A.Mikayıllı) Savalan Dağının zirvəsindən gətirdiyi daşlardan Elçibəyin ana yurdundakı (Ordubad rayonun Kələki kəndi) ev muzeyinə göndərilməsi qərarlaşdırılmışdır. Yığıncaq 22 avqustda Fəxri Xiyabanda Elçibəyin məzarına qoyulan əklillərlə bağlı naməlum adamların Elçibəyin qohumları adından etdikləri milli dəyərlərə zidd hərəkətləri pisləmiş və Fəxri Xiyabandakı məzarların mühavizəsi ilə məşğul olan əlaqədar təşkilatlara mühavizənin daha ciddi şəkildə həyata keçirilməsi və belə yaramaz hərəkətlərin qarşısının vaxtında alınması ilə bağlı müraciət edilməsi məqsədəuyğun hesab etmişdir. Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirə edilmişdir. İqtidarın Əliyevlərin ailə hakimiyyətini uzatmaq məqsədi keçirtmək istədikləri üçüncü referendumla bağlı siyasi partiyalara, vətəndaş cəmiyyəti üzvlərinə qarşı apardıqları kütləvi qanunsuzluqlar, represiyalar, həbslər pislənilmiş və bununla bağlı bəyanat qəbul edilmişdir. Yığıncaqda Bakının erməni-bolşevik işğalından azad edilməsinin 98-ci ildönümü münasibəti ilə partiyanın keçirəcəyi tədbirlər planı qəbul edilmişdir. 29 avqust 2016-cı il. Bakı şəhəri.
Sorğu
Yeni dizaynımız necədir?