GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...

Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...

Tarix: 12-10-2016, 20:39 Bölmə :Siyasət Baxış: 610
Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...

Bu fotoda Vüqar Ağayev (sağdan birinci) Eldar Mahmudovun onun başına açacağı oyunlardan hələ xəbərsizdir…

Qeyd edək ki, bu cinayət işini fərqləndirən əsas cəhət istintaq prosesinin birbaşa Eldar Mahmudovun əməllərini araşdırmasındadır. MTN-lə bağlı digər cinayət işləri isə qurumun başqa yetkililəri – Akif Covdarov, Teymur Quliyev, İlqar Quliyev, Natəvan Mürvətova və s. barəsində olub. İndisə Eldar Mahmudovla bağlı prosesin zərərçəkmişlərinin müəyyənləşdirilməsinə başlanılması yaxınlarda MTN şefinin barəsində də hüquqi ölçü götürüləcəyi ehtimalını qüvvətləndirir.

Maraqlıdır ki, konkret olaraq Eldar Mahmudovun cinayət işində hələ ki, Vüqar Ağayev yeganə zərərçəkmiş şəxs kimi tanınıb. Digər şikayətçilərlə bağlı isə hər hansı qərar verilməyib. Mənbənin bildirdiyinə görə, bu da təsadüfi deyil:

“Bir zamanlar Eldar Mahmudovun qanunsuz tələbləri ucbatından ölkədən qaçan, daha sonra ölkə başçısının məşhur korrupsiyaya qarşı çıxışından sonra geri qayıdan Vüqar Ağayevin məsələsi birbaşa Prezidentin və Baş prokurorun nəzarəti altındadır. Görünür, bu səbəbdən də V. Ağayev ilk və hələ ki, yeganə zərərçəkmiş şəxs kimi qəbul olunub”.

Xatırladaq ki, adı çəkilən iş adamı bir zamanlar Eldar Mahmudovun tikinti sektorunda ortaqlarından biri olub. Daha sonra o, sabiq nazirin intəhasız tamahının qurbanına çevrilib.

Mətbuatın yazdığına görə, “baş çekist” bir gün öz ortağını yanına çağıraraq, tikdiyi “Ağ ləpələr” layihəsindən nazirin xeyrinə əl çəkməyi tələb edir. Vüqar Ağayev əvvəl qulağına inanmır, nə tələb olunduğunu anlayandan sonra isə onu yerinə yetirə bilməyəcəyini deyir. Aldığı cavab isə xeyli amiranə və tükürpədici olur: “İstədiyimi öz xoşunla verməsən, səni həbsxanaya atar, mülkiyyətini zorla uşaqlarından alaram”.

Necə deyərlər, “hənanın o həna” olmadığını anlayan iş adamı çarəni xaricə qaçmaqda görür. Əvvəl Gürcüstana, ordan Avropaya, nəhayət ABŞ-a yollanan V. Ağayev bir də 6 ildən sonra – Eldar Mahmudovun öz vəzifəsindən uzaqlaşdırılmasının ardından vətənə qayıdır. Bu qayıdışın səbəbi dövlət təhlükəsizliyini qoruyan qurumun rəhbər şəxslərinin içüzlərinin açılması və zərərçəkən şəxsə ən yüksək səviyyədə zəmanət verilməsiydi.

Yəqin oxucuları maraq götürüb ki, görəsən, Eldar Mahmudov mülkiyyətini mənimsədiyi V. Ağayevə nə qədər atıb?

Bu barədə müxtəlif zamanlarda mətbuat orqanlarında xeyli məlumatlar getdiyindən, ümumiləşdirsək, iş adamına vurulan zərər 40 milyon dollar civarındadır. 1news.az saytının 17.03.2016-cı il tarixli “Eldar Mahmudov “Ağ ləpələr” üzərində: keçmiş nazir haqqında yeni faktlar” sərlövhəli məqaləsində bu barədə deyilir:

“Amerikada olduğu müddətdə atası Asif Ağayevə hədə-qorxu gəlinməklə Bakı şəhəri Nobel prospekti 2207 ünvanında olan 8.18 ha torpaq sahəsi E.Mahmudovun oğlu Anar Mahmudovun faktiki rəhbərliyi altında olan “İnşaatçı-E” MMC şirkətinə keçirilib.

Belə ki, həmin “İnşaatçı-E” MMC şirkətinin rəhbəri Orxan Seyidov Anar Mahmudovun təsisçisi olduğu “Kaspian-Petrol” MMC-nin də rəhbəridir.

Bundan başqa, hədə-qorxu ilə iş adamı V.Ağayevin Bakı şəhəri Salyan şosesində olan 8 hektar, Zirə qəsəbəsində şərikli aldığı 5 hektar və Şüvələn qəsəbəsində şərikli aldığı 1,2 hektar torpaq sahəsi də E.Mahmudovun qohumlarının adına rəsmiləşdirilib.

Vüqar Ağayevə məxsus 810.000 manat dəyəri olan 270 kv.m qeyri-yaşayış sahəsi, 50.000 manat dəyərində “Mercedes” avtomobili də E.Mahmudovun yaxın ətrafının adına rəsmiləşdirilməklə əlindən alınıb”.

Bundan əlavə, Eldar Mahmudov Vüqar Ağayevə özü üçün tikdirdiyi evin belə pulunu ödəməyib.

Saytın məlumatına görə, “E.Mahmudov və onun cinayətkar qruplaşmasının şantaj və təhdid yolu ilə ələ keçirdiyi Vüqar Ağayevə məxsus əmlakın ümumi dəyəri 30 milyon manatdır”. 2009-cu ilin məzənnəsilə hesablasaq, bu məbləğ həqiqətən də 40 milyon dollar edər.

Bizə ötürülən rəsmi sənədlər də sözügedən faktı təsdiqləyir. Eldar Mahmudovun əməllərinin istintaqı üçün ekspert rəyi hazırlayan “MBA Consulting Grup”un Qiymətləndirmə Hesabatına görə, yalnız Xətai rayonu, Nobel prospekti, 2207-ci məhəllədə yerləşən 2.4 ha torpaq sahəsinin ekoloji təmizləmə işlərinə və ərazidə tikilən 9 ədəd kotec tipli yaşayış evlərinin inşasına xərclənən vəsaitin miqdarı 8 milyon 851 yüz 957 manatdır. Torpağın alınmasına, layihələrin hazırlanmasına və çəkilən digər xərclərə isə bundan qat-qat artıq vəsait gedib. Məlumatlı şəxslərin bildirildiyinə görə, həmin ərazidə 8 hektardan çox torpağın qiyməti 40 milyon dollardan artıq idi.

Sənəddə o da bildirilir ki, əvvəl mazut gölünə çevrilən bu torpaq sahəsi təmizlənib, torpaqla doldurulmasının ardından üzərində binalar inşa olunub. Ərazi Eldar Mahmudov tərəfindən zorla ələ keçiriləndən sonra isə görülən işlərin izini itirmək üçün həmin binalar tamamilə dağıdılıb.

Amma bu işi planlaşdırıb həyata keçirənlər incə bir nüansı unudublar – “Google Earth”-ın yaddaşını. “MBA Consulting Grup” şirkəti də məhz bu silinməz yaddaşa istinad edərək, göstərilən ünvanın ekoloji təmizləmə və torpaqlama işlərindən əvvəlki vəziyyətindən tutmuş, indiki halına qədər bütün görüntülərini üzə çıxarmış, ərazinin əldən-ələ keçməsinin əyani sübutunu ortaya qoymuşdur. Biz də uzunçuluğa yol vermədən hesabatda yer alan xəritələri təqdim edirik:

Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...

Şəkildə: Obyekt Eldar Mahmudov tərəfindən söküləndən sonra

Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...
Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...
Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...
Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...
Eldar Mahmudov əfsanəsinin sonu – İstintaq ilk zərərçəkəni tanıdı...

Maraqlıdır ki, Azərbaycanın indiki ağır böhranlı vəziyyətində ölkə rəhbərliyi iş adamlarına münbit investisiya mühiti yaratmaq üçün nə qədər əlləşsə də, iş adamları yenə bürokratik əngəllərlə qarşılaşırlar. Deyilənlərə görə, işgüzarlıq fəaliyyətinə ən yüksək səviyyədə zəmanət almağı bacaran Vüqar Ağayev də bu cür maneələrdən uzaq deyil. Onun müxtəlif dövlət qurumları tərəfindən sıxışdırıldığı, süründürməçiliklə üzləşdiyi barədə məlumatlar verilir. Bu fakt indiki ağır iqtisadi vəziyyətimizə baxmayaraq, ölkəni idarə edən kiçik məmur zehniyyətin hələ də ortadan qalxmadığını təsdiqləyir.

Faktı dəqiqləşdirmək və mövqeyini öyrənmək üçün axtardığımız iş adamını tapmaq mümkün olmadı. Həm onun, həm də bizə ötürülən məlumatlarda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun ilk həyat yoldaşını Akif Çovdarov öldürüb - ŞOK İDDİA

    Eldar Mahmudovun ilk həyat yoldaşını Akif ...

    18-11-2015, 15:55

  • 
  • Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv etdi

    Mədət Quliyev Eldar Mahmudovun qadağasını ləğv ...

    10-12-2015, 19:22

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK EDİR - Eldar Mahmudov evindədir…

    İSTİNTAQ QRUPUNA GENERAL ƏLİ NAĞIYEV RƏHBƏRLİK ...

    19-10-2015, 17:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu