Oktyabrın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham ƏLİYEV:
- Bu gün bizim üçün vacib gündür. Bizim əlaqələrimiz yüksək səviyyədədir və əminəm ki, bu görüş əlaqələrimizi daha da gücləndirmək baxımından uğurlu olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün həyata keçirilmiş işlərə bir daha nəzər salmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli keçəcək.
Pakistanın Baş naziri Nəvaz ŞƏRİF dedi:
- Təşəkkür edirəm, cənab Prezident.
Burada olmaq bizim üçün şərəfdir. Çox gözəl Bakı şəhərinə səmimi dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə minnətdaram. Şəhərinizə heyran qalmışam. Hər yerdə Sizin şəhərin gözəlliyindən çox danışılır.
Mən bir dəfə 1998-cu ildə yolüstü Bakıda olmuşam. Bu, mənim ondan sonra bu şəhərə ilk səfərimdir. Gözəl Bakı şəhərində olmaqdan məmnunam. Bakı dünyanın ən gözəl şəhərlərindən və mənim gördüyüm ən təmiz şəhərlərdən biridir. Mən bir daha burada olmağıma şadam.
Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Xoş sözlərinizə görə minnətdaram.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sorğu
Yeni dizaynımız necədir?