GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

Tarix: 27-10-2016, 20:42 Bölmə :Siyasət Baxış: 626
Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

«Həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər».

«Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır».

«Azərbaycandan bəzi cavanların «islam dövləti» uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir».

«Nə sosial şəbəkələrin, nə də internetin insan psixologiyasına və həyatına təsiri araşdırılmır».

«Yəni bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb?»

Azərbaycan prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyev bunları Dövlət İdarəçilik Akademiyasında bu ali məktəbin 15 illik yubileyi münasibətilə keçirilən iclasda deyib. Onun AzərTAc-da dərc edilən çıxışının əsas hissələri:

HAZIRLANAN KADRLARDAN NARAZILIQ

- Açıq etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir. Mənim yaxşı yadımdadır ki, sovet dövründə siz nadir tədqiqat mərkəzlərindən biri idiniz.

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

Burada həm ciddi elmi araşdırmalar aparılır, həm də Mərkəzi Komitənin sifarişi ilə vaxtaşırı müvafiq sanballı analitik materiallar hazırlanırdı. Yəni, siz daim respublika rəhbərliyinə həm elmi cəhətdən, həm də idarəetməni daha düzgün təşkil etmək üçün kifayət qədər kömək və yardım göstərməyə qadir idiniz.

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün yuxarıda göstərilən bütün sahələrdə Akademiyanın işi heç də ürəkaçan deyil. Gənclər arasında Akademiya öz reytinqinə görə ən populyar ali məktəblərdən biridir. Buraya kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr daxil olurlar.

Bu, ilk növbədə onu göstərir ki, burada tədris prosesi düzgün qurulub və sağlam ab-hava mövcuddur. Bu, sevindirici haldır. Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar. Məlumdur ki, qloballaşma dövründə milli dövlət anlayışı özü-özlüyündə ciddi transformasiyalara məruz qalır. Axı, dövlət dedikdə biz, ilk növbədə, dövlət təsisatlarını və məmurları nəzərdə tuturuq. İndiki dövrdə insan kapitalının, mədəni kapitalın və ümumən insan inkişafına qoyulan sərmayənin əhəmiyyəti kəskin surətdə artır.

Bu, cəmiyyətin bütün üzvlərinə aid olsa da, mən xüsusi olaraq diqqəti məhz məmur şəxsiyyətinə yönəltmək istərdim. Məlumdur ki, hər bir məmur müəyyən təhsil alır və bununla yanaşı o, ömür boyu təhsilini artırmalıdır. Fəaliyyəti üçün zəruri olan məlumat və bilikləri o, ya müstəqil şəkildə, ya da sizin Akademiyanın imkanlarından faydalanaraq əldə edə bilir. Yenə meydana çıxan çoxsaylı sualların mahiyyəti ondan ibarətdir ki, müasir məmurun məlumatlanması və ixtisaslaşması hansı meyarlar əsasında müəyyənləşməlidir? Biz tez-tez sovet dövrümüzü xatırlayırıq.

«MARKSİST-LENİNÇİ TƏFƏKKÜRLÜ MƏMURLAR»

- Sözsüz ki, sovet dövründə bizim kifayət qədər nailiyyətlərimiz və uğurlarımız olub. Dövlətin totalitar olmasına baxmayaraq, burada ideoloji buxovlarla yanaşı, insanların sosial müdafiəsi və maarifləndirilməsi, mədəniyyət proseslərinə cəlb olunması və digər məsələlər özünün kifayət qədər düzgün həllini tapmışdı.

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

O dövlət artıq tarixə qovuşubdur. Lakin insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadan çıxış edir. Bizim məmurlar da bu baxımdan heç də istisna təşkil etmirlər.

Qloballaşma ilə bağlı çox vaxt deyirlər ki, dünyanın müxtəlif guşələri arasında o qədər sıx informasiya mübadiləsi var ki, elə bil biz hamımız qlobal bir kəndin sakinləriyik. Digər tərəfdən, bizim milli dövlətimiz, milli iqtisadiyyatımız və milli mədəniyyətimiz mövcuddur və qloballaşma ilə bağlı gedən proseslər bizi narahat etməyə bilməz. Çox yaxşı yadımdadır ki, vaxtilə Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsi respublikada çıxan bütün qəzet və jurnalları oxuyub təhlil edirdi. Bir anlığa təsəvvür edin ki, kimsə bu gün mövcud informasiya axınını təhlil etmək istəyir.

«SOSİAL ŞƏBƏKƏLƏR ARAŞDIRILMALIDIR»

- Yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır. Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatlarından biri internetlə bağlı belə bir ciddi narahatlığını bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların böyük qismi sadəcə olaraq yanlış məlumatlardır.

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək. İnternet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və metodoloji problemlər var. Təəssüf ki, onlar ənənəvi tədqiqatlarla məşğul olan alimlərimizin diqqətindən kənarda qalıb. Akademiya da bu problemlərdən kənarda qalıb.

Bu gün Azərbaycanda əhalinin artımı müşahidə olunur və bu, sevindirici haldır. Lakin indi orta statistik Azərbaycan ailəsinin strukturu, onun tələbatı necə ödənilir, iqtisadiyyatda rolu, ailədə vəzifələrin bölünməsi necə aparılır? Bütün bunlar barədə bizim çox səthi məlumatımız var. Sosioloji sorğular, demək olar ki, keçirilmir.

Cəmiyyətdə cərəyan edən müxtəlif proseslər alimlərin diqqətindən yayınır. Halbuki gözəl məlumdur ki, idarəetmə obyekti barədə kifayət qədər məlumat olmadan idarəetmənin özünün təşkili çox mürəkkəb məsələyə çevrilir. Biz böyük qürur hissi ilə daim qeyd edirik ki, XX əsrin ortalarından etibarən Azərbaycanda savadsızlıq ləğv olunub. Həqiqətən, qısa müddət ərzində respublikamızda orta məktəblər, universitetlər, texnikumlar, texniki-peşə məktəbləri şəbəkəsi qurulub fəaliyyət göstərirdi. Bu gün bu fəaliyyətin daha səmərəli təşkil olunmasına həm dövlət, həm də qeyri-hökumət təşkilatları diqqət yetirir. Hamımıza bu rəqəmlər məlumdur. Heydər Əliyev Fondunun «Yeniləşən Azərbaycana yeni məktəb!» layihəsi böyük uğurla reallaşdırılır.

Bütün bunlarla yanaşı, diqqətinizi ona yönəltmək istərdim ki, biz məktəbin maddi-texniki bazasını nə qədər yaxşılaşdırsaq da, onun yekun məhsulu savadlı və bacarıqlı şagirddir. Əvvəlki dövrlərdə təhsil prosesi yalnız ailəni və məktəbi əhatə edirdi, mənimsənilən biliklərin də həcmi kifayət qədər məhdud idi. Bu gün isə biz müstəqil şəkildə ömür boyu yeni biliklər əldə etməyə qadir olan insan və vətəndaş yetişdirməliyik. Bu, çox mürəkkəb prosesdir.

Burada mövcud problemlərə dair bir neçə konkret rəqəmi gətirmək istərdim. Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi. Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim.

HİCABLI QIZLAR

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

- Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır.

Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir. Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik.

Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar. Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır?

«...BU XALQIN MİRZƏ CƏLİLİ, SABİRİ OLMAYIB?»

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

- Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, «Molla Nəsrəddin» jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır? Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür.

Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir. Mənəvi dəyərlərimizin məruz qaldığı belə bir aşınmanın qarşısını biz nə ilə ala bilərik? Kimsə deyə bilər ki, postmodern dövründə, ümumən, əməyə, əməksevərliyə münasibət dəyişir. Biliklərə əsaslanan iqtisadiyyatda kreativlik əməksevərliyi əvəz edir. Lakin kreativ insan olmaq üçün, ilk növbədə, yüksək təhsil səviyyəsinə malik olmaq lazımdır. Əgər tədris müəssisələrində təhsil mühiti get-gedə belə sürətlə zəifləyirsə, biz buna necə nail olacağıq?

Aydındır ki, bu məsələlər təkcə məni yox, bütün Azərbaycan ziyalılarını narahat edir. Bu narahatlıqdan qurtarmaq üçün lazımi fəaliyyət proqramı işlənib hazırlanmalı və həyata keçirilməlidir. XX əsrdə Azərbaycan əhalisinin əsas hissəsi kənd yerlərində və ya xırda şəhərlərdə yaşayırdı. İndi bizdə şəhər əhalisi kəskin şəkildə artmaqdadır. Xüsusilə də Bakı şəhəri sürətlə inkişaf edir. Burada cərəyan edən iqtisadi və sosial proseslər gec ya tez təhsil, səhiyyə və mədəni sahələrdə problemlərə çevriləcək. Bunlara hazır olmaq üçün ciddi araşdırmalar aparılmalıdır.

Əgər biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasının zəruriliyini dərk ediriksə, biz ümumən ölkədə insan potensialının strukturunu kifayət qədər dərindən təhlil etməliyik. Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir. Bir tərəfdən, bu proseslər dünyada cərəyan edən iki tendensiyanı özündə cəmləşdirir.

«KÜLLİ MİQDARDA MƏVACİBLƏ SURİYAYA GÖNDƏRMƏK...»

- Məlumdur ki, müasir dövrdə biz fundamentalizm fenomeni ilə rastlaşırıq. Bu tendensiyanın tərəfdarları müsəlman, xristian və ya başqa bir dinin təmsilçiləri olmasından asılı olmayaraq iddia edirlər ki, öz dinlərinin ilkin, yəni, fundamental anlayışına qayıtmaq lazımdır.

Ramiz Mehdiyev məmurları tənqid edir, hicablı qızlardan, «İslam Dövləti»ndən danışır

Digər tərəfdən, dünyada bu gün özlərini bu və ya digər dinin tərəfdarı elan edən insanlar Allaha inanır, lakin məbədlərə, məscidlərə, dini qurumlara müntəzəm şəkildə getməkdən imtina edirlər. Digər tərəfdən, dinin cəmiyyətdə rolu ilə bağlı vaxtilə Marks, Dürkheym, Veber və digər alimlər tərəfindən yaradılmış nəzəriyyələr bugünkü dünyada cərəyan edən prosesləri kifayət qədər dürüst izah edə bilmir.

Bir misal gətirmək istəyirəm. Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. «Nə baş verir» sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur. Belə misalların və sualların sayını istənilən qədər artırmaq olar.

Aydındır ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizdə həm ənənəvi cəmiyyətə xas olan elementlər, həm modern, həm də postmodern dövrünün əlamətlərini tapmaq mümkündür. Cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün, sözsüz ki, bugünkü cəmiyyətimizdə sosioloji sorğular aparılmalıdır. Lakin bunlar hansı metodika və metodologiya əsasında həyata keçirilməlidir? Burada etik, demoqrafik və digər meyarlar nə dərəcədə nəzərə alınmalıdır? Mən istərdim ki, bütün bu suallara biz sizinlə birlikdə cavab axtarıb tapaq. İlk növbədə ona görə ki, bu cavablar Azərbaycanın sabahkı inkişafını şərtləndirən və müəyyən edən taleyüklü məsələlərlə bağlıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır

    Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır ...

    20-10-2014, 14:30

  • 
  • Ən çox avtomobili olan nazirliklər bəlli oldu

    Ən çox avtomobili olan nazirliklər bəlli oldu ...

    3-02-2014, 21:52

  • 
  • Ramiz Mehdiyev planı təsdiqlədi

    Ramiz Mehdiyev planı təsdiqlədi ...

    5-02-2015, 00:48

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev Ziyalılar Forumunu hədəf seçdi

    Ramiz Mehdiyev Ziyalılar Forumunu hədəf seçdi ...

    5-12-2012, 09:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu