GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Eldar Mahmudov maliyyə nazirini yenə hədəfə aldı - qudaların qisası

Eldar Mahmudov maliyyə nazirini yenə hədəfə aldı - qudaların qisası

Tarix: 23-11-2016, 23:05 Bölmə :Siyasət Baxış: 625
 Eldar Mahmudov maliyyə nazirini yenə hədəfə aldı - qudaların qisası

Beynəlxalq Bankla bağlı yeni qalmaqal, yoxsa “qara piar”?; 2014-2015-ci illərdə Beynəlxalq Bankın Moskva filialına çirkli pulların yuyulması ittihamları niyə təzələnib?; sabiq MTN şefi və Cahangir Hacıyev başlarına gələnlərdə yeganə olaraq Samir Şərifovu təqsirli bilirlər və ondan əl çəkmirlər...
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, ötən ay məhkəmə hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyev məhkəmədə “maliyyə nazirinin yeri burada mənim yanımdadır” sözünü gerçəkləşdirmək üçün daha bir həmlə edib. Belə ki, «Beynəlxalq Bank işi» ilə bağlı mediada ortaya çıxan qalmaqal yenə maliyyə naziri Samir Şərifovu hədəfə çıxarmaq cəhdinə çox oxşayır. Amma bu barədə bir qədər sonra...

Noyabrın 22-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Moskva filialının çirkli pulların yuyulmasında ittiham olunması barədə xəbər yayılıb. AzadlıqRadiosunun məlumatına görə, Sankt-Peterburq şəhərində yerləşən “Azərbaycan Beynəlxalq Bankı-Moskva” ASC-nin fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-Qərb Baş İdarəsinin rəhbərliyinə müraciət edib. Məktubda deyilir ki, hüquq-mühafizə orqanları “InTransServis” ASC ətrafında araşdırma apararkən bankın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar aşkarlayıblar. “Araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması), terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir”.

Məlumata görə, eyni adamların yaratdığı “birgünlük” şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin pul köçürmələrini də “Azərbaycan Beynəlxalq Bankı-Moskva” gerçəkləşdirib. Məktubda Mərkəzi Bank rəhbərliyindən xahiş olunur ki, “Azərbaycan Beynəlxalq Bankı-Moskva”ya vəzifə öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasını əngəlləyən qanunlara əməl olunmasının vacibliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin.

C.Hacıyev məhkəməsində indi yayılmış məlumatları sanki əvvəlcədən də bilirmiş kimi xatırladaraq sensasion sayıla biləcək bir əlavə də etmişdi: “Samir Şərifovun adamları barəsində cinayət işi gedir”.

Beynəlxalq Bankın mətbuat xidməti dərhal açıqlama yayaraq bu məsələnin bankın 2012-ci ildəki fəaliyyət dövrünə aid olduğu bildirib. Qeyd edilib ki, bunu surəti yayılmış məktubun tarixindən və məzmunundan da görmək mümkündür. Belə ki, məktub 12 yanvar 2016-cı il tarixində təqdim olunub. Məzmununda isə 2012-ci ildə aparılmış əməliyyatlardan bəhs edilir.

Mətbuat xidmətindən o da bildirilib ki, “Beynəlxalq Bank-Moskva” ASC-nin fəaliyyəti tam qanunvericilik çərçivəsində qurulub və burada hər hansı şübhəli əməliyyatların aparılması mümkünsüzdür.

“Yeni Müsavat” xatırladır ki, Beynəlxalq Bankın Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun ilkin nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edib. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır. Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin yarısından çoxu Beynəlxalq Bank vasitəsilə aparılırdı. Bu köçürmələrin ümumi illik həcmi Rusiyadakı böhrandan əvvəllər 120 milyon dollardan çox olub. Bankın Sankt-Peterburq filialı isə 2003-cü ildə açılıb. Ötən ilin dekabrında Sankt-Peterburq filialında Rusiya hüquq-mühafizə orqanlarının əməliyyat keçirməsi barədə məlumatlar da vardı ki, Beynəlxalq Bank bunu “bir müştəri ilə bağlı əməliyyat olduğunu” iddia edib.

Doğrudan da, internet resurslarında araşdırmamız zamanı məlum oldu ki, 2014-2015-ci illərdə Rusiya Mərkəzi Bankı Beynəlxalq Bankın Moskva filialını çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib. Məsələn, ötən il yayılan məlumatda bildirilirdi ki, Beynəlxalq Bankın Moskva filialı “Cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılıb. Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub" deyə, məlumatda bildirilirdi.

Beynəlxalq Bankın Moskva filialının o zamankı rəhbərliyinin qanunsuz əməlləri barədə məlumatlar C.Hacıyev İdarə Heyətindən uzaqlaşdırılandan sonra yayılmağa başlamışdı. İddia olunurdu ki, yaradıldığı vaxtdan Rusiyada yaşayan azərbaycanlılara bankın Moskva filialından ya kredit verilməyib, ya da müraciət edənlərə kreditin əvəzində 10-15 faiz həcmində pul verilib. Beynəlxalq Bankdakı filial müdiri Fuad Abdullayev Moskvada özünə var-dövlət qazanıb və oliqarx kimi yaşayıb.

O, Beynəlxalq Bankın pulu ilə Moskvanın Lenin prospektindəki “Forto-Pyano” yaşayış kompleksi üçün azərbaycanlılardan külli miqdarda pul yığsa da, onları aldadıb. Bu işdə isə filialın kreditlər şöbəsinin direktoru, Abbas Abbasovun qardaşı Nadir Abbasovun kürəkəni Fərhad Rüstəmovun adı hallanıb.

Bir neçə ay Bakıda həbsdə qalan N.Abbasov Beynəlxalq Bankdan məhz kürəkəni vasitəsilə 10 milyon kredit götürmüşdü ki, görünür, borcunu ödədiyi üçün azad edilib. Ümumiyyətlə, terrorçuluğu maliyyələşdirmədə günahlandırılan Moskva filialının əvvəlki rəhbərliyinin Abbas Abbasovla yaxınlığı, hətta ona işlədiyi barədə iddialar vardı.

Ötən ilin noyabr ayının sonunda “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarıldı. Onun yerinə indi Samir Şərifovun kadrı deyilən Emin Əfəndiyev təyin edildi.

C.Hacıyevin məhkəmədə deyib ki, “qısa müddət ərzində Samir Şərifovun yarıtmaz siyasəti və səriştəsiz kadrları təyin etməsi nəticəsində digər layihələr kimi, o bankın da (Moskva filialı nəzərdə tutulur-red.) sonuna çıxdılar”. C.Hacıyevin iddiasına inansaq, söhbət bankın ondan sonra təyin edilən rəhbərliyindən gedir: “Samir Şərifov ictimaiyyətə açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan Beynəlxalq Bankın Moskva bankının rəhbərliyi barəsində ”çirkli pulların yuyulması" ittihamı var? Bəlkə Samir Şərifovun adamı olan şəxslər barəsində açılan cinayət işini də təcridxanadan mən idarə etmişəm? Maliyyə Nazirliyinin rəhbərliyi bu gün leqal yollarla deyil, cinayətkar aləmlə əlbir olub, Beynəlxalq Bankın Moskva bankını ayaqda tutmağa çalışır".

 Eldar Mahmudov maliyyə nazirini yenə hədəfə aldı - qudaların qisası

Sənədlərdən və internet resurslarından qısa araşdırma da təsdiq edir ki, ittihamlar məhz C.Hacıyevin rəhbərlik etdiyi dövrlə bağlıdır.

Amma onun yenidən və niyə indi mediada “canlanması” daha ciddi suallar doğurur, üstəlik, hərtərəfli araşdırma tələb edir.

Aydındır ki, Moskva filialının adı xatırlanan kimi, C.Hacıyev də yada düşəcəkdi, onun məhkəmədə dedikləri də, Samir Şərifovu hədəfə alması da... Bu, ləğv edilmiş MTN strukturunda illərlə tətbiq edilmiş və “sınanmış” bir texnologiyadır: “Çamuru at, kimsə bulaşacaq”...

 Eldar Mahmudov maliyyə nazirini yenə hədəfə aldı - qudaların qisası

***
Eldar Mahmudov və onun qudası Cahangir Hacıyev bütün bu başlarına gələnlərdə yeganə olaraq Samir Şərifovu təqsirli bilirlər. C.Hacıyev, bütün məhkəməsi müddətində maliyyə nazirini hər fürsətdə hədəf alması buna sübutdur. Hələ məhkəmədən bir neçə ay əvvəl, konkretləşdirsək, bu ilin martında Ukraynanın “Qordon” agentliyi ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin müsahibəsini yaymışdı. Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia etmişdi.

 Eldar Mahmudov maliyyə nazirini yenə hədəfə aldı - qudaların qisası

Mediada ciddi müzakirələrə yol açmış bu “qaralamanın” arxasında Eldar Mahmudovun dayandığı bildirilirdi. İddia olunurdu ki, S.Şərifovun “üçqat agent” olması barədə dosyenin keçmiş KQB zabiti, hazırda ABŞ-da fəaliyyət göstərən Yuri Şvetsə ötürülməsini təşkil edən məhz keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovdur. Səbəb isə sabiq nazirin və yaxın ətrafının qisas hissidir...

 Eldar Mahmudov maliyyə nazirini yenə hədəfə aldı - qudaların qisası

Beynəlxalq Bankla bağlı köhnə xəbərlərin “yenilənməsi” indi həm də o versiyanı bir daha gücləndirir ki, E.Mahmudov hələ də düşmənləri ilə “kompromat qovluqları” vasitəsilə danışmağa üstünlük verir. Onun bu vaxtadək həbsdən sığortalana bilməsinin yeganə səbəbi də bu “gücüdür”.

“YM”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

    Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma ...

    19-10-2015, 17:15

  • 
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57

  • 
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40

  • 
  • "Beynəlxalq Bank işi" məhkəməsi təxirə salınıb

    "Beynəlxalq Bank işi" məhkəməsi təxirə ...

    14-09-2016, 13:39

  • 
  • Həbsdəki bankirdən nazirlərə FARAGAT ismarışı-həbslər böyüyə bilər

    Həbsdəki bankirdən nazirlərə FARAGAT ...

    3-02-2016, 15:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (220)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu