“Qara kassa"lar təkcə bu günün mövzusu olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yox, bu strukturda da var Prezidentin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixdə imzaladığı Fərmanda Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr qoyulub.
Adıçəkilən Fərmanın 2.3. bəndində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi nəzərdə tutulur.
Lakin Fərmanın aidiyyatı bəndi icraya məsul olan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovun başı tabeliyində olan baytarların əli ilə səlahiyyətlərindən kənar olmasına baxmayaraq və qanunsuz heyvandarlıq məhsullarının satışı ilə mübarizə etmək funksiyasını daşıdığı halda şadlıq evlərindən, iaişə obyektlərindən baytarlıq xidməti göstərmək adı altında, habelə küçələrdə, sanitariya tələblərinə cavab verməyən yerlərdə, heç bir spesifik müayinə aparılmadan satılan cəmdəklərə möhür vuraraq qanunsuz pullar yığmağa qarışdığı üçün icra edilmir.
Belə ki, Adıçəkilən Fərmanın 2.3. bəndinə uyğun olaraq, habelə Azərbaycanın üzv olduğu, özündə dünya baytarlq sistemini birləşdirən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (BEB) tərəfindən də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan sahə baytarlıq məntəqələrini fəaliyyəti məqsədəuyğun hesab edilməmiş və özəlləşdilməyə verilməsi üçün müvafiq qərarlar qəbul edilsə də, bu sahədə heç bir islahatlar aparılmır.
Hansı ki, bu gün iqtisadi böhran zamanında büdcənin yükünün azadlıması üçün büdcədən maliyyələşən inzibati bina (iş otaqları), xüsusi təyinatlı avtomaşın, dava-dərmanlarla təmin edilməyən sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsi labüd hesab edilmişdir.
Haşiyyə: “2003-cü ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin büdcə vəsaiti hesabına alınan xüsusi təyinatlı avtomaşınlar isə baytarların istismarına verilmədən yeni yaradılmış kənd təsərrüfatı idarələrinin müdirlərinə verilməsi üçün açıq havada saxlanılaraq çürüdülür.”
Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıya görə müalicəsi və ləğvi dövlətin büdcə vəsaiti hesabına maliyyələşdirilən xəstəliklər baş verən zaman lazımi preparatlarla rayon, şəhər baytarlıq idarələri tam təmin edilmədiyindən və keyfiyyətsiz peyvənd vasitələrinin ölkəyə ayaq açmasına şərait yaradıldığından son vaxtlar rayonlarda baş vermiş dabaq, yoluxucu Nodulyar dermatit, xlamidioz və s. xəstəliklərin müalicəsinə tələb olunan praparatların alınması xərcləri qeyri-qanuni olaraq vətəndaşın cibindən çıxarılır. (xəstəliklərdən mal-qaranın qırılması barədə sosial mediyada məqalələr verilmişdir).
Üstəgəl qanunvericiliyə uyğun olaraq heyvan sahibinin vəsaiti hesabına olan xəstəliklərlə mübarizə yenə də heyvan sahibinin vəsaiti hesabına aparılır.
Bütün bunlar da heyvandarlıq məhsullarının istehsalının maya dəyərini artırmaqla, məhsulunu sata bilməyən və alıcı qıtlığı yaşayan fermer, kəndlinin (heyvan sahibi ) çətin maliyyə durumu nəticəsində heyvandarlıq sahəsinə marağını azaldır.
Bu gün kəndli xəstəliklərin baş alıb getməsi nəticəsində şəxsi təsərrüfatlarında toyuq–cücə saxlamaq imkanından məhrumdur. Bu da ölkə əhalisinin quş əti ilə təminatına böyük zərbə deməkdir.
Zəif maddi-texniki bazaya malik olmaları (əksəriyyətinin binası, iş otaqları, texnikası yoxdu, dava-dərmanlarla təmin edilmir) sahə baytarlıq məntəqələrinin baytarlıq mütəxəssislərinin keyfiyyətli müalicə-profilaktika tədbirlərinin aparmalarına imkan vermir.
Sahə baytarlıq məntəqələri özəlləşdirilərsə büdcədən asılılıq aradan qalxacaq, əhaliyə göstərilən müalicə-profilaktika tədbirlərinin keyfiyyəti yaxşılaşacaq və beləliklə, bu sahədə qarşıya şıxan problemləri bir dəfəlik həll edilməklə özünü maliyyələşdirən, beynəlxalq tələblərə cavab verən mobil struktur yaranmış olar. Hətta, Dünya Bankı dəstək verərək sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsini özündə əks etdirən layihə də hazırlamışdır.
Bundan başqa, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (BEB) vaxtaşırı ölkəmizə PVS Qiymətləndirmə qurupu göndərərək bu qəbildən olan məsələlərin həll edilməsinə yardımçı olur.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bu göstərilən dəstəklərdən imtina etməsi başa düşülən deyil.
Ancaq Dövlət Baytarlıq Nəzarəti Xidmətinində mövcud olan neqativ “səbəblər”dən “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3. və 2.6. bəndləri, həmçinin Dünya Bankı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) tövsiyələri icra edilmir.
Lakin sabiq mütəxəssislərin iştirakı ilə hazırlanmış Avropa İttifaqının vəsaiti hesabına. dəyəri 1 mln. olan Tvinniq Layihəsi çərçivəsində “Dövlət Baytarlıq Xidmətində Kənd Təsərrüfatı Heyvanlarının İdentifikasiyası və Təsərrüfatların qeydiyyatı Konsepsiyası”nı toz basaraq həyata keçirilmir.
Bu da Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyən ölkəmizə etimad göstərərək baytarləq sahəsinə müxtəlif layihələr çərçivəsində vəsait yatıran beynəlxalq təşkilatlar qarşısında utancverici bir haldır. Habelə bu, Azərbaycan üçün heyvandarlıq məhsullarının ixracında texniki baryerlərə səbəb ola bilər.
Azərbaycanda isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovun bu sahədə fəaliyyətsizliyi və reketliklə qanunsuz pul yığdırması nəticəsində baytarlıqda islahatların aparılması arxa plana keçirilib.
Belə ki o, baytarlıq sistemində olan peşəkar kadrlara "torba tikərək” işdən uzaqlaşdırmağı və onların yerinə tələbə yoldaşları və yaxınları- Oktay Şirvan baytarlıq idarəsinin rəisi, Tahir Apşeron rayon Baytarlıq idarəsinin rəisi, Oktay- Göygöl rayon baytarlıq idarəsinin rəisi, Aydın Hüseynovu qanunsuz müqavilə ilə dövlət qulluğunda sektor müdiri vəzifəsinə və Respublika Baytarlıq Laboratoriyasında zəruri əhəmiyyət kəsb edən ştatları (baytar həkimləri, lobarant ştatlarını) ləğv etdirərək, əvəzində lüzumsuz əlavə ştat açdıraraq dayısı oğlu Elşadı direktor müavini (hazırda laboratoriyada 2 direktor müavini oldu), tələbə yoldaşı Mübarizi şöbə müdiri, Kamranı Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə rəis təyin etməyi, qanunsuz “baytarlıq xidməti” adı altında pul yığdırmağı və bəzi özünə yaxın işçilərə “Qara Kassa”dan qeyr-rəsmi maaş (paket) verməyi “islahatlar” hesab edir?
“Qara kassa"lar təkcə bu günün mövzusu olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yox, bu strukturda da var. Rabitə Nazirliyindəki “qara kassanın” ictimailəşməsi digər qurumlara olduğu kimi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinə də xəbərdarlıqdır. Yəqinki radikal qərarlar veriləcək! Şübhəsiz ki, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Nəzarəti Xidmətində idarəçiliyin islahatı üzrə ardıcıl və konkret addımlar atmalıdır.
Dövlət Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov özünü vəzifədə “müvəqqəti” hesab edərək baytarlıq işi ilə deyil, havadarlarının dəstəyilə heyvan mənşəli yüklərə və baytarlıq preparatlarına idxal-ixrac icazələrinin verilməsindən və digər yuxarıda göstərilən qanunsuzluqlardan gəlir əldə etməklə məşğuldur.
Buna misal son günlər sosial mediyada gedən “Baytarlıq idarəsi Sumqayıtda reketlik edir” mövzusunda çəkilən vido-materilal göstərilir. Vido-materilalın əsas sujet xətti reketliklə pul alınmasından gedir.
Belə ki, “ümumxalq səsverməsi günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Sumqayıt Şəhər Baytarlıq İdarəsinin sentyabrın 1-dən məzuniyyətdə olan terapevt-baytar həkimi Qalib Süleymanov biabırçılığa imza atıb.
O, şəhərdə fəaliyyət göstərən “Tural” şadlıq evinə gələrək Tərlanın (şadlıq evinin müdiri) işdə olmasını soruşub. Sonra mətbəxdə işçilərin qarşısında bir baş doğranmış quzu cəmdəyinin sənədi olmadığı üçün pul istəyib”...
Bundan başqa, “Nazirin kabinetində video qalmaqalı - Ölkənin baş baytarı nazir Heydər Əsədovu necə aldatdı?, “Azər Süleymanov bu millətin axırına necə çıxır?”, “Baytarlıq bataqlığı”nda nələr baş verir?, “Heydər Əsədov bu sahəyə əı gəzdirməlidir”, 24saat.org-da gedən “İqtidarda müdhiş “Vosmoy” didişməsi: nazir, başçı və rəis çırmanıb”, cumhuriyyet.az da gedən “Azər Süleymanovun baytaraliq məcaralari: obyektlərdən yığılan haqq, qohumlar və tələbəlik dostları” və s. başlıqlı məqalələr bir daha Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş alıb gedən qanunsuzluqlardan xəbər verir.
Prezident İlham Əliyevin sözlərinə görə, dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı böyük ədalətsizliklər edilib:"Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz”. Amma Azər Süleymanov cəzasız qaldığı üçün Prezidentin sözlərindən nəticə çıxarmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?