İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi dekabrın 9-da qılınan cümə namazı xütbələrində çıxış edərkən deyib ki, Azərbaycan Respublikası müsəlmanlarını gərək Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxsınlar. Öz çıxışında İsrailin baş nazirini “cinayətkar” adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi deyib ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir: “Əlləri müsəlmanlarının qanına bələnmiş bu kimi cinayətkarları qarşılamaq, onların törətdiyi cinayətlərdə şərik olmaq və Allah qarşısında durmaqdır. Allah, müsəlmanları yəhud qövmü ilə oturub durmaqdan və onlara etimad göstərməkdən çəkindirib. İmam Hüseynin “Aşura” günündəki devizi bu olub: Dininiz yoxdursa, heç olmasa azad insan olun. Elə buna görə də hesab edirəm ki, Azərbaycan müsəlmanları bu məsələni nəzərə alaraq Netanyahunun Bakıya gəlişinin qarşısını alacaqlar”. Bunlar yenə Azərbaycanın daxili işlərinə qarışırlar. İranlı axund bizi qiyama çağırır. Yaxşı, əgər belədirsə, onda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri və ya Təzə Pir məcidində cümə namazlarının birində xütbə deyən din xadimlərimizdən biri İranda yaşayan müsəlmanlara bu çağırışla müraciət etməlidir: “Əlləri müsəlmanlarının qanına bələnmiş Ermənistan prezidentinin əlini sıxmaq, İrəvana rəsmi səfərə getmək, onların müsəlman azərbaycanlılara qarşı törətdiyi cinayətlərdə şərik olmaq və Allah qarşısında durmaqdır. Elə buna görə də hesab edirik ki, İranda yaşayan müsəlmanlar bu məsələni nəzərə alaraq İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfərinin qarşısını alacaqlar”.
Sorğu
Yeni dizaynımız necədir?