«Hərbi qulluqçuların statusu haqqında» və «Daxili Qoşunların statusu haqqında» qanun layihələri yenidən hazırlanıb. Artıq hər iki layihə Milli Məclisin yaz sessiyasının iş planına daxil edilib. “Gündəm Xəbər”in məlumatına görə, hər iki qanun layihəsi ilə bağlı uyğun qurumların rəyi alınıb və parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılması nəzərdə tutulub. Z.Oruc deyib ki «Daxili Qoşunların statusu haqqında» yeni qanun layihəsi 6 fəsil, 39 maddədən ibarətdir: «Daxili Qoşunlarla bağlı status yenidən hazırlanıb, yeni müddəalar var. Hansı hallarda hansı silahdan istifadə edilməsi, kimə qarşı istifadə edilməməsi və başqa məsələlər sənəddə yer alıb».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?