Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın və bir polkovnikin polis orqanlarından təqaüdə göndərilməsinə dair əmr imzalayıb.
[thum]https://gundemxeber.az/uploads/posts/2017-01/1485374024_1.jpg[/thumb] Sadiq Gözəlov
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Şərif Əsədullayev
Bununla bağlı DİN-də tədbir keçirilib. R.Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. DİN-dəki mənbələrdən məlum olub ki, Ramil Usubovun əmri ilə Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general Həsən Şirinov da təqaüdə göndərilib.
Həsən Şirinov
Xatırladaq ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin yeznəsidir. Bir müddət əvvəl onun oğlu adam bıçaqladığına görə həbs olunmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?