Şamaxı rayon İcra Hakimiyyətində aparılan audit zamanı mənimsəmələr üzə çıxıb
Bundan əvvəl Quba rayonunda ciddi maxinasiyalar aşkarlanmışdı. Mətbuatda rəsmi hesabat açıqlanıb. İndi isə Şamaxıdakı audit yoxlamaların nəticələri ictimaiyyətə təqdim ediləcək.
Palata müəyyən edib ki, qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə ayrılan vəsaitlərdən istifadəyə dair yeyintiyə yol verilib. Şamaxı icra hakimi Asif Ağayev və RİH nümayəndələrinin bu mənimsəmələrdə iştirakı danılmazdır.
Belə ki rayona mart 2016-cı ildə ayrılan rayonun su-kanalizasiya və asfalt örtüyünün təmiri üçün ayrılmış 500 000 manat vəsaiti Asif Ağayevlə birgə Qasım Qasımov mənimsəyiblər.
Rayonun küçələri batıb gedir. Tarixən Şirvanın paytaxtı olmuş Şamaxı indi Qasımovun şəxsi imperiyası sayəsində xarabazarlığa çevrilməkdədir. Buna səbəbsə Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə icra başçısının müavini Qasım Qasımovun yarıtmaz fəaliyyəti, nəticədə yerli əhalinin zülm çəkməsidir.
Şamaxı rayon İcra Hakimiyyətinə bu ildən dotasiyalar da dayandırılıb. Bu yoxlamalar isə onun fəaliyyətini tam çılpaqlığı ilə ortaya qoyub.
Şamaxının icra başçısı Asif Ağayev barəsində qulaq hər gün bir xəbər eşitməsə "kar” olar. icra başçısı rayonun Nağaraxana kəndindəki pay torpağında özünə imarət tikdirməsi ilə gündəmə gəlib.
A.Ağayevin tikilmək növbəsini villalarından biri isə rayonun Avaxil deyilən ərazisində yerləşəcək. İcra başçısı 1 hektar torpaq sahəsi alıb ki, özünə yeni malikanə inşa etdirsin.
Bundan əlavə, Şamaxının torpaqlarını bir-bir zəbt edən rayon rəhbərinin Qızmeydan kəndi ərazisində də 2 hektar torpağı var. Bu ərazidə də icra başçısının dəbdəbəli sarayı olacağı istisna olunmur.
Bildirilir ki, A.Ağayevin "sadə” həyat tərzi özünə mühafizəçi işə götürməklə diqqət çəkir. Məlumatda deyilir ki, bundan əvvəl də şəxsi aşpazına dövlət nömrə nişanlı avtomobil və icra hakimiyyətində komendant vəzifəsi verən icra başçısı özünü Şamaxanın padşahı kimi hiss edir.
Prezident İlham Əliyevin məmurlara yönəlik xəbərdarlığı, onların sadə həyat tərzi yaşamağa etdiyi çağırışı, ayrı-ayrı oliqarxlaşmış icra hakimlərinə verdiyi mesajlar görünür, A.Ağayev üçün keçərli olmayıb. Çünki Şamaxıda boş torpaq saxlamayan və villalarının sayını artıran icra başçısı olduqca "təvazökar” özünü aparır, "sadə” həyat yaşayır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?