Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəy hələ illər öncə 2017-ci ilin ABŞ üçün çox böhranlı il olacağını deyibmiş.
Bu barədə ictimai-siyasi xadim Aqil Səmədbəyli məlumat verib. A.Səmədbəyli öz feysbuk səhifəsində bunları yazıb:
"Azərbaycan və Türkiyədə yaxın dostlara sevgili Liderim Elçi Bəyin Amerika ilə bağlı fikrini xeyli evvəldən demişəm- BƏY 2017-ci ilin Amerika üçün çox böhranlı il olacağını demişdi! Bunu Amerikadakı seçkilər ərəfəsində orda yaşayan iki Türk iş adamına İstanbulda bir yeməkdə demişdim-onlar da ''Amerikada heç bir böhran olmaz, çox güclü dövlətdir'' demişdilər. Amerikada böhran üzüyuxarı gedir. Cəbhələr arası veziyyət gərginləşir... Gözləyək..."
Xatırladaq ki, bir çox siyasi analitiklər, hətta Amerikalıların özləri belə Trampın prezidentliyinin ABŞ üçün böhran, fəlakət gətirəcəyini qeyd edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?