Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat borclanır. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yanvarın 27-si Maliyyə nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 milyon ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışını qeydiyyata alıb.
Palata həmçinin Maliyyə nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1 milyon ədəd dövlət ortamüddətli istiqrazlarını qeydiyyata götürüb. İstiqraz borc tipli valyuta alətidir. İstiqrazı alan (dövlət, şirkət) investora müəyyən olunmuş vaxt çərçivəsində kupon adlandırılan faiz və əsas borcun məbləğini ödəyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?