“Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir”. Daxili işlər naziri Ramil Usubov Avropa Şurasının işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın, cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə fevralın 16-da keçirilən görüşündə belə deyib. Nazir vurğulayıb ki, Azərbaycanda polislərin dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində məqsədyönlü və sistemli iş aparılır. Son 5 ildə insan hüquqları üzrə ölkədə və xarici dövlətlərdə keçirilən tədbirlərə nazirliyin 2500-ə yaxın əməkdaşı cəlb olunub. Nazir bildirib ki, şəxsi heyət insan hüquq və azadlıqlarının pozulması barədə müraciətləri operativ, obyektiv araşdıraraq müvafiq tədbirlər görülür. “Təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə, 1579 əməkdaş cəzalandırılıb. 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib”, nazir deyib. Xəbərə görə, nazir bəzi şəxslərin Azərbaycanda polisin nüfuzuna və işgüzar imicinə xələl gətirməyə yönəlik fəaliyyətlər göstərdiyini də ifadə edib. O, nüfuzlu beynəlxalq təşkilatlara, Avropa Şurasına əsassız və qeyri-obyektiv müraciətlər göndərildiyini vurğulayıb. Müstəqil ekspertlər-ə görə, həbsdə olan istər siyasilər, istərsə də inanclı insanlar məhkəmələrdə polisin işgəncələrinə məruz qalmaları ilə bağlı dəfələrlə açıqlama veriblər. Ancaq üzdə olan bu işlərin heç birində işgəncə şikayətləri qəbul edilməyib. Bloqqer Mehman Hüseynovun polisdə işgəncəyə məruz qalması ilə bağlı şikayətindən sonra isə onun özü məhkəməyə verilib
Sorğu
Yeni dizaynımız necədir?