GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

Tarix: 22-02-2017, 11:30 Bölmə :Siyasət Baxış: 540
Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

“Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini çox müsbət qiymətləndirirəm”.

Bunu APA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

Deputat bildirib ki, qanuna əsasən, kimi birinci vitse-prezident təyin etməyi və kiminlə işləmək barədə qərar verməyi Azərbaycan prezidenti özü müəyyən edir və hüquqi baxımdan bütün dünya praktikasında belədir: “Digər tərəfdən, Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Rəsmən olmasa da, prezidentin komandasının icra strukturunda əlindən gələn yardımı, köməyi əsirgəmirdi. Ölkənin ictimai-siyasi həyatında, prezidentin imicinin formalaşmasında, dövlət idarəçiliyinin operativ, real həyata keçirilməsində çox yaxından iştirak edən insanlardan biridir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, eyni zamanda bizim deputat həmkarımızdır. Hesab edirəm ki, bu təyinat islahatların daha uğurlu aparılmasını, ölkədə daha operativ və çevik idarəçiliyin həyata keçirilməsini şərtləndirəcək. Hesab edirəm ki, Azərbaycan xalqı bu təyinatın uğurunu yaxın vaxtlarda hiss edəcək”.

Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairi Fikrət Qoca APA-ya bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva indiyə kimi ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə, şərəflə gəlib: “Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsini müsbət qarşılayıram. Görünən kəndə bələdçi lazım deyil. Muğamın, ədəbiyyatımızın, folklorumuzun, mədəniyyətimizin dünyada təbliğ olunmasında Mehriban xanımın əvəzsiz xidmətləri var. Mehriban Əliyeva çox böyük xadimdir. Onun aid olduğu nəslin, ailənin əsli, kökü var. Nəsildən, ailədən də çox şey asılıdır. Böyüyünə, keçmişinə hörmət etməyən adam gələcəyin qədrini bilməz. Mehriban Əliyeva böyüklərə, keçmişə daim hörmətlə yanaşıb. Mehriban xanım ona tapşırılan bütün işlərin öhdəsindən şərəflə gəlməyi bacarıb. I Avropa Oyunları Mehriban xanımın təşkilatçılığı ilə çox möhtəşəm keçirildi. O, məktəbləri təmir etdirir, yeni məktəblər tikdirir. Elmə, təhsilə, məktəbə diqqət də şəxsiyyət olmağın göstəricisidir”.

“Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını nəzərdə tutan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihə prezident tərəfindən Konstitusiya Məhkəməsinə göndəriləndə mən mətbuata açıqlama vermişdim. Birinci vitse-prezident postuna kimin təyin edilə biləcəyi barədə sualı cavablandırarkən bir siyasətçi kimi ehtimallarımı bildirmişdim. Demişdim ki, bu vəzifəyə Mehriban Əliyevanın təyin olunması daha ədalətli və düzgün bir qərar olardı”.

Bunu isə APA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

Q. Həsənquliyev bildirib ki, o vaxt bu açıqlama bir çoxları tərəfindən birmənalı qarşılanmayıb, bəziləri də bu açıqlamadan narazı qalıblar: “Amma mən o zaman demişdim ki, Mehriban Əliyeva Azərbaycan xalqı qarşısında xidmətləri olan tanınmış bir nəslin nümayəndəsidir. Azərbaycan xalqının böyük bir qisminin məhəbbətini qazanıb, insanların ona böyük etimadı və inamı var. Bundan əlavə, bir çox böyük tədbirlərin təşkilat komitəsinin sədri kimi özünün təşkilatçılıq qabiliyyətini və bacarığını artıq nümayiş etdirə bilib, millət vəkili kimi özünü təsdiq edib. Heydər Əliyev Fondunun prezidenti kimi həm Azərbaycan qadınını xaricdə yaxşı mənada təmsil edib. Həm Azərbaycana olan münasibəti xeyli dərəcədə yaxşı mənada dəyişib, ölkəmizə xeyli rəğbət qazandırıb, dostlar qazandırıb, həm də dünyanın tanınmış siyasətçiləri, ictimai xadimləri ilə kifayət qədər ciddi beynəlxalq əlaqələrə malikdir. Sözsüz ki, onun bu vəzifəyə təyin edilməsi hər baxımdan Azərbaycanın maraqlarına uyğundur. Mehriban Əliyeva bizim deputat həmkarımızdır, onu bu təyinat münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, həm prezidentin, həm də xalqın etimadını doğruladacaq. Yeni vəzifəsində ona uğurlar arzulayıram”.

Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə APA-ya açıqlamasında deyib ki, musiqi sahəsində Mehriban Əliyevanın gördüyü işlər göz qabağındadır: “Mən fəxr edirəm ki, Mehriban xanım Əliyeva bu böyük vəzifəyə təyin olunub. Musiqi sahəsində Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Biz hər zaman bir yerdə gözəl tədbirlər keçirmişik. Həmin tədbirlərdə dünyanın bir çox ölkəsindən insanlar iştirak edib. 35 ölkənin alimləri, mədəniyyət xadimləri bizim festivallara qatılıb. “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bu işlərin başında Mehriban xanım dayanıb. “Muğam ensiklopediyası”nın çap olunması muğama verilən böyük qiymətdir. Məhz Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Eyni zamanda Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bunların hamısı Mehriban xanımın Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə böyük töhfəsidir. Biz fəxr edirik və inanırıq ki, musiqiyə yenə belə böyük diqqət göstəriləcək. 1908-ci ildə “Leyli və Məcnun” yazılanda bir xanım tapılmadı ki, Leyli rolunu ifa etsin. İndi baxın, nə qədər böyük nailiyyətdir ki, bizim birinci vitse-prezidentimiz xanımdır. Biz Mehriban xanım Əliyevanı təbrik edirik, uğurlar arzu edirik”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ səfiri ilə görüşdü

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ABŞ ...

    15-10-2015, 20:04

  • 
  • Azərbaycanın birinci vitse-prezidenti hansı səlahiyyətlərə malikdir?

    Azərbaycanın birinci vitse-prezidenti hansı ...

    21-02-2017, 14:28

  • 
  • Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika ...

    24-12-2015, 17:57

  • 
  • Deputat: "Mehriban xanımın adından istifadə edirlər"

    Deputat: "Mehriban xanımın adından istifadə ...

    22-06-2013, 22:58

  • 
  • İlham Əliyevlə Mehriban Əliyevanın toy fotosu yayıldı

    İlham Əliyevlə Mehriban Əliyevanın toy fotosu ...

    30-01-2014, 16:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu