Azərbaycan prezidenti İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilərək fərmana əlavə olunub.
Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin;
İnzibati xətalar haqqında işlərə “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat versin;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat versin;
Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycanın Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
Bu fərmanla təsdiq edilən Siyahının 1-ci hissəsində nəzərdə tutulmuş mərkəzi və yerli icra hakimiyyəti orqanlarına həmin hissədə göstərilən vəzifələrə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərinin siyahılarını iki ay müddətində təsdiq edib öz internet səhifələrində yerləşdirmək tapşırılıb.
Sorğu
Yeni dizaynımız necədir?