Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik (15 mərmi) və 82 millimetrlik (18 mərmi) minaatanlardan, həmçinin D-44 topundan (1 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 117 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Vazaşen, Noyemberyan rayonunun Voskepar, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Bala Cəfərli, Aşağı Əskipara, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ermənistan hərbi birləşmələri dünən gecədən başlayaraq, bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları edib.Publika.az xəbər verir ki, düşmənin təxribat hücumlarının qarşısını alınıb. Məlumatlara görə, döyüşlər hazırda da davam edir. Ermənistan mediası Azərbaycan Ordusunun nəzarət etdiyi Talış kəndində qalan son sakinlərin də evlərini tərk etdiyini yazıb. Talış bələdiyyəsinin sədri Vilen Petrosyan deyib ki, kənddə 10-15 kişi qalıb. “Əslində, Talışda çox adam yox idi. Təxminən 10-15 kişi qalıb. Onların ailələri isə orada yaşamır. Hazırda kənd tamamilə boşalır”, – deyə o bildirib.
Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini azad edərək, Talış kəndinə də nəzarəti əldə edəndən sonra oradakı bütün ermənilər ərazini tərk etdi. Daha sonra cəmi 10-15 ailə geri qayıtdı. Görünür, indi onlar da kəndi tərk edirlər. Ermənistan mediası cəbhəboyu ərazilərdə yaşayan ermənilərin qorxu içində olduğunu, əksər ailələrin qaçmağa hazırlaşdığını yazıb. Bir neçə erməni ailəsi isə artıq əraziləri tərk edir. Ermənistan rəsmiləri itkilərini gizlətsə də, sosial şəbəkədə erməni istifadəçilər çoxsaylı ölü və yaralıların olduğunu yazır.
Misal üçün, erməni rejissor Arşak Zakaryan feysbuk hesabında yazıb ki, erməni hərbi birləşmələri itkilər verib. Onun statusuna şərh yazan erməni istifadəçilər də itkilərin olduğunu təsdiqləyib. Ermənistanda ümumi ab-hava isə əhalinin qorxu içində olduğunu göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?