Ermənistanda ANYA tədqiqatlar mərkəzinin direktoru Tatul Akopyan erməni ordusunun itkilərini açıqlayıb.
Publika.az xəbər verir ki, T.Akopyan 1994-cü ildən indiyə kimi Ermənistan ordusunun 2 min itki verdiyini bildirib: “Lakin bu haqda dəqiq məlumatı Ermənistanın Müdafiə Nazirliyi verə bilər”. T.Akopyan əlavə edib ki, 2016-cı ildə Aprel müharibəsindən sonra Ermənistanın Müdafiə Nazirliyi demək olar ki, hər gün hərbi qulluqçunun ölməsi haqda məlumat yayır: “1994-cü ildən başlayaraq, ordudakı itkilərlə bağlı dəqiq məlumatları yalnız Müdafiə Nazirliyi yaya bilər. Lakin son illərdə bir sıra media orqanı, ictimai təşkilatlar monitorinqlər aparır, itkilər haqda danışırlar. İtkilərin əhəmiyyətli hissəsi 1995-1998-ci ildə olub. Daha sonra isə ən böyük itki 2016-cı ildə oldu. Ermənistan ordusu 162 itki verdi”. T.Akopyan 2017-ci ilin yanvar-fevral ayları ərzində Ermənistan ordusunun 9 itki verdiyini deyib. Lakin o, bunların rəsmi açıqlanan rəqəmlər olduğuna da diqqət çəkib. “1994-cü ildən başlayaraq, ümumilikdə Ermənistan ordusunun 2000 hərbi qulluqçusu ölüb. Bu, təxmin edilən məlumatlardır. Dəqiq məlumat isə Müdafiə Nazirliyində var”, – deyə o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?