«Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar» adlı forum Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Tədbirə 53 ölkədən 300-ə yaxın nümayəndə qatılacağı deyilir. Onların arasında həm hazırda fəaliyyətdə olan prezidentlərin, həm də eks-prezidentlərin olması gözlənilir.
Forum 7 panel üzrə keçiriləcək və transatlantik münasibətlərin gələcəyi, terrorçuluqla mübarizə, Avropanın gələcəyi və digər məsələlər müzakirə ediləcək.
Tədbir martın 17-də başa çatacaq.
Qlobal Forumun əsası 2013-cü ildə Rusiya baş naziri Dmitry Medvedev-lə İlham Əliyev tərəfindən qoyulub. 2013-2016-cı illər ərzində 4 forum keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?