GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İlham Əliyev: “Çətinliklərə düşdük, ailəlikcə işimizi itirdik…”

İlham Əliyev: “Çətinliklərə düşdük, ailəlikcə işimizi itirdik…”

Tarix: 17-03-2017, 20:57 Bölmə :Siyasət Baxış: 340
İlham Əliyev: “Çətinliklərə düşdük, ailəlikcə işimizi itirdik…”

Ötən gün martın 16-da Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət təşkil edilib. Ziyafətdə prezident İlham Əliyev geniş nitqlə çıxış edib. Prezidentin çıxışının stenoqramı bu gün rəsmi KİV-lərdə yayılıb.
Azərbaycan Prezidenti bildirib-Xanım Prezident Vike-Freyberqa, doktor Serageldin, əziz dostlar və qonaqlar.
Əvvəlcə xanım Prezidentə bu dəyərli xatirə üçün təşəkkürümü bildirmək istəyirəm. Atamın dünya liderləri ilə olan fotoşəkilləri. Onların böyük bir hissəsi bu gün buradadır. Onlar 1997-ci ildən bəri çox dəyişməyiblər. Bu hədiyyə üçün çox təşəkkür edirəm.
Xanım Prezident, Siz Heydər Əliyevlə olan görüşünüzü qeyd etdiniz. Bunu bilirəm, çünki o, həmin görüşdən qayıdanda mənə öz təəssüratları və Sizin barədə danışmışdı. Onu Sizin baxışınız, ölkəniz üçün etdikləriniz çox təsirləndirmişdi. Düşünürəm ki, ölkələrimiz arasında bu gün çox yüksək səviyyədə olan əlaqələr bu şəxsi əlaqə vasitəsilə yaranmışdı.
Azərbaycan üçün Heydər Əliyev xalqımızı burada baş verə biləcək bir çox faciəvi hadisələrdən xilas etmiş bir liderdir. O, Azərbaycanın sovet dövründə lideri idi. Daha sonra o, Sovet İttifaqının mərkəzi hakimiyyətində işləyən ilk azərbaycanlı olaraq çox önəmli vəzifə sayılan Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksəlmişdi. Daha sonra o, təqaüdə çıxdı və 1990-cı ilin yanvarında sovet ordusu Bakıya hücum etdikdə o, artıq təqaüdçü idi. O, səsini ilk dəfə qaldıranlardan və sovet rəhbərliyini, sovet ordusunu mülki azərbaycanlılara qarşı bu qəddar təcavüzə görə pisləyənlərdən biri idi. Qara Yanvar tariximizdə faciəvi bir hadisədir. Bu faciəvi hadisənin sabahısı biz birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdik, o vaxtlar səfirlik yox idi.
Orada yüz nəfərdən çox insanın, o cümlədən qadınların, uşaqların sovet ordusu tərəfindən qəddarlıqla öldürülməsinə, yüzlərlə insanın yaralanmasına və bir çoxunun itkin düşməsinə görə kədərini ifadə etmək, məyusluqlarını və faciəvi anı bölüşmək üçün gələn azərbaycanlılardan ibarət böyük bir kütlə gördük.
O vaxt Heydər Əliyev iki ildən artıq idi ki, təqaüdə çıxmışdı. Biz kütləyə yaxınlaşdıqda insanlar kənara çəkilməyə və binaya daxil olması üçün ona və onu müşayiət edən bizə bir dəhliz açmağa başladılar. Bu, çox emosional bir an idi. Azərbaycanlıların birliyinin rəmzi idi – bu faciə onları birləşdirmişdi. Bu, onun heç vaxt şəxsən görmədiyi və öz növbəsində onu da görməyən insanların ona hörmətinin əlaməti idi.
Onlar ona hörmət göstərdilər, onun heç bir vəzifəsi yox idi. Əksinə, 1990-cı illərin əvvəli idi, sovet ittifaqı hələ də çox güclü idi və kommunist partiyası hər yerdə təsir imkanlarına malik idi. O, təqaüddə idi. Əgər, belə yüksək vəzifədən təqaüdə çıxırdınızsa, siz nəinki ictimai fəaliyyətdən uzaqlaşdırılırsınız, siz həm də mənəvi və fiziki olaraq təcrid edilirsiz. Biz binaya daxil olduq və o, mətbuat konfransı təşkil etdi. Həmin mətbuat konfransının videoları mövcuddur və dəfələrlə göstərilib. O, sovet rəhbərliyini, bu terror hadisəsini törədənləri pislədi. Bundan sonra o, kommunist partiyasından – gənc yaşlarından sıralarında olduğu partiyadan çıxdığını bəyan etdi. Bu, onun insanlara yanaşması idi, onun çox cəsarətli hərəkəti idi və o, bir daha nümayiş etdirdi ki, vəzifəsinin olub-olmamasından asılı olmayaraq o, Azərbaycan xalqının lideri idi.
Daha sonra biz, əlbəttə, çətinliklərə düşdük. Ailəmizin hamısı, o cümlədən mən işlərimizi itirdik. Bu, bizim taleyimiz idi. Onun üçün Moskvada qalmaq çox təhlükəli idi, çünki onu həbs etmək haqqında planlar var idi. O, Bakıya qayıtdı. O vaxt Azərbaycanın kommunist rəhbərliyi ona qarşı maneələr yaratmağa başladı. Bunun üçün də o, doğulduğu yerə, Naxçıvana qayıtdı. Orada o, özünü təhlükəsizlikdə hiss edirdi, çünki insanlar dərhal onu qəbul etdilər və onu Naxçıvan Muxtar Respublikasının lideri seçdilər. Fikrimcə, bu, sovet dövründə bir presedent idi, insanlar azad olduqlarını nümayiş etdirdilər. Onlar göstərdilər ki, mərkəzi sovet hökuməti artıq onların iradəsinə nəzarət edə bilmir.
Azərbaycanın kommunist rəhbərliyi sadəcə olaraq heç nə edə bilmirdi. Onlar insanların iradəsi önündə gücsüz idilər. Əslində, bu, bizim müstəqilliyə aparan yolumuzun başlanğıcı idi. O, Naxçıvan Muxtar Respublikasının parlamentinin sədri seçildi. Eyni zamanda, Azərbaycan parlamentinə seçkilər keçirildi, o, Azərbaycan parlamentinin üzvü seçildi. Bu dövr çox çətin idi. İqtisadi vəziyyət çox pis idi. O, müstəqilliyə yol açan çox vacib üç qərar qəbul etdi. Naxçıvan Muxtar Respublikası o vaxt Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlanırdı. Parlamentin qərarı ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı.
İkinci qərar, yadınızdadırsa, sovet ittifaqının saxlanması haqqında referendum keçirilirdi. Əfsuslar olsun ki, Bakıdakı hökumət bu referendumu təşkil etdi və nəticələr çox qəribə idi. İnsanların azad olmaq istəməsinə baxmayaraq, guya əksəriyyəti sovet ittifaqının saxlanılmasına səs vermişdi. Beləliklə, Heydər Əliyev bu referendumun Naxçıvanda keçirilməsinə icazə vermədi.
Üçüncü qərar isə onun Naxçıvan Muxtar Respublikasının parlamentinin sessiyasına 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının bayrağını gətirərək onu Naxçıvanın dövlət bayrağı elan etməsi idi. Eyni zamanda, o, Azərbaycan parlamentinin üzvlərindən eyni qərarın qəbul olunmasını xahiş edən bir bəyanat qəbul etdi. Əfsuslar olsun ki, onlar bu qərarı qəbul etmədilər və Sovet Azərbaycanının bayrağı müstəqil Azərbaycanın bayrağına ancaq sovet ittifaqı dağıldıqdan sonra dəyişdirilmişdir. Bunlar tamamilə bütün həyatını ancaq xalqına həsr etmiş bir liderin ata biləcəyi addımlar idi. Biz bununla qürur duyuruq. Tariximizlə qürur duyuruq. Mən atamla qürur duyuram. Düşünürəm ki, indi həyatda olsaydı, o da bu ölkə ilə qürur duyardı. Bu gün Azərbaycan güclü mövqeyi, özünü təmin edən, sözün əsl mənasında özünə inanan, çoxlu dostları, dünyaya açıq olan və gələcəyə nikbinliklə baxan, özünü artıq dünya xəritəsində göstərmiş bir ölkədir.
Xanım Prezidentə, cənab Serageldinə və bütün dostlarımıza bu gün bizimlə birlikdə olduqlarına görə çox təşəkkür edirəm. Bu səhər də dediyim kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq çox mötəbər beynəlxalq bir instituta çevrilib. Nizami dünyada məşhur olan şəxsiyyətdir, ancaq indi Mərkəzin fəaliyyəti onu dünyada daha da məşhurlaşdırır. Mərkəz nə qədər böyük olsa, imkanları nə qədər çox olsa, Nizami Gəncəvini tanımayan insanlar belə bir böyük beynəlxalq Mərkəzin adını daşıdığı şəxsiyyətin kim olduğunu bir o qədər də çox öyrənməyə çalışacaqlar.
Əlbəttə, Nizami hər bir azərbaycanlı üçün milli ləyaqət, milli qürur rəmzidir. O, qədim Azərbaycan şəhəri Gəncədə anadan olub və orada da vəfat edib. Onun türbəsi Azərbaycan xalqının istedadının, insaniyyətinin rəmzidir.
Forumdakı fəaliyyətinizə görə sizə bir daha təşəkkür edirəm. Sizin gündəlik şəxsi öhdəlik və fəaliyyətiniz olmadan Forum bu cür mötəbər beynəlxalq hadisəyə çevrilə bilməzdi. Əlbəttə, ümid edirik ki, gələn il daha çox ölkədən daha çox qonağımız olacaq və biz tərəfdaşlığımıza davam edəcəyik. Çox sağ olun və sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımının adından VII Qlobal Forum iştirakçılarının şərəfinə ziyafət verilib - FOTO

    Prezident İlham Əliyev və xanımının adından VII ...

    26-04-2016, 23:43

  • 
  • Prezident İlham Əliyev NATO Sammiti iştirakçılarının şərəfinə verilmiş naharda iştirak edib

    Prezident İlham Əliyev NATO Sammiti ...

    9-07-2016, 10:48

  • 
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan və Xorvatiya arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədədir"

    Prezident İlham Əliyev: "Azərbaycan və ...

    24-10-2016, 13:55

  • 
  • İlham Əliyevlə xanımı prezidentlərlə ziyafətdə - FOTOLAR

    İlham Əliyevlə xanımı prezidentlərlə ziyafətdə - ...

    12-06-2015, 14:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu