GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Vidadi Zeynalov Əli Abbasova qarşı cəbhə aldı

Vidadi Zeynalov Əli Abbasova qarşı cəbhə aldı

Tarix: 31-03-2017, 13:50 Bölmə :Siyasət Baxış: 585
Vidadi Zeynalov Əli Abbasova qarşı cəbhə aldı

2015-ci ildə Vidadi Zeynalov Əli Abbasova 2 dəfə məktub yazıb və tələb edib ki…

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəhbərliyində təmsil olunan şəxslərin işi üzrə məhkəmə prosesi keçirilir. Prosesi diqqətlə izləyənlər hər dəfə göstərişlərin kimin tərəfindən verildiyi haqda suallar meydana çıxanda sabiq nazir Əli Abbasovun adının meydana çıxmasının fərqindədirlər. Bu suallarsız belə gün kimi aydındır ki, məhkəmə qarşısına çıxarılanlar sadəcə yuxarıdan verilən əmrləri icra ediblər. Etməsəydilər, tutduqları vəzifə ilə qısa müddət sonra vidalaşmalı olardılar. Təsəvvür edin ki, nazir Əli Abbasov RYTN-ə tabe olan “AzİnTelekom” MMC-nin baş direktoru, bu gün məhkəmə qarşısına çıxarılan Cəlil Cəfərova, və ya müttəhimlər kürsüsünü onunla bölüşənlər – “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynova və digərilərinə əmr verir və bu şəxslərdən hər hansı biri əmri icra etmirlər.

Azərbaycan reallığında sadəcə bu praktika yoxdur. Deməli “Rabitə işi”ndəki çoxsaylı cinayət epizodları da sabiq nazir Əli Abbasovun adı əsas fiqurant kimi qeyd olunmaqla yazılmalı idi. Amma belə olmayıb. Bu gün Əli Abbasov evində oturub və onun əmrlərini icra edənlərin məhkəmə qarşısında vurnuxmalarına tamaşa edir. Vicdanı sızlayır-sızlamır bilinmir, fakt odur ki, onun verdiyi əmrlər komandasının üzvlərini istintaq-məhkəmə orqanları ilə üz-üzə qoyub. Adamları həbs ediblər. Cinayət işinin materialları arasında olan çox maraqlı bir sənəd haqda redaksiyamıza məlumat daxil olub. Redaksiyamıza daxil olan məlumatda bildirlir ki, bu gün məhkəmə qarşısına çıxarılan RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov həbsindən aylar öncə dəfələrlə Əli Abbasova rəsmi qaydada məktublar yazıb. Həmin məktublarda V.Zeynalov Ə.Abbasovdan onu tutduğu vəzifədən azad etməsini xahiş edib. Cinayət işinin materialları arasında 2 belə məktub var. Qeyri-rəsmi məlumata görə V.Zeynalov həbsindən 3 ay öncə də Ə.Abbasova şifahi qaydada müraciət edib və eyni xahişi səsləndirib. Ə.Abbasov isə Aparat rəhbərindən onu əvəzləyəcək kadrın tapması üçün 3 ay vaxt istəyib. Həmin vaxt 2015-ci ilin sonuna yaxın tamam olurmuş. Həmin ilin oktyabrında RYTN-də baş tutan yoxlamalar V.Zeynalovun həbsi ilə nəticələnib. Onu vəzifədə saxlayan Ə.Abbasov isə istintaqdan kənar qalıb. Məhkəmə boyu iş üzrə dəfələrlə Ə.Abbasovun adı əsas təqsirli şəxs kimi çəkilir. Məsələn məhkəmə proseslərindən birində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ifadəsində göstərib ki, nazirin göstəriş məktubu əsasında kredit götürub, nazirin göstərişi əsasında pulların digər təşkilatlara köçürüb: “Oktay(mühasib) mənim yanıma gəlib deyirdi ki, nazirliyin göstərişi ilə pullar digər təşkilatlara köçürülməlidi. Mən sadəcə orada icraçı idim. Burada istəyirlər ki, mən Vidadi Zeynalovun adını çəkim. Çəkməyəcəm! Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin qurduğu struktur belədir. Bu gün o, kresloda əyşləşib, sabah da başqası əyləşə bilər. Mənim ona böyük hörmətim var”.
“Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmov isə ifadəsində özü də daxil olmaqla “Rabitə işi”ndə həbsə alınanları “qurbanlıq qoyun” adlandırmışdı: “Xəstəxanada idim. Məni Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırdılar. Orada ilk sual belə oldu ki, Vidadi Zeynalova 30 milyon pul verimisən? Onda başa düşdüm ki, bu nə işdir”.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 32 min 400 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon, M.Məmmədov 4 milyon 500 min və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər. V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Aztelekom”un baş direktoru da saxlanıldı

    “Aztelekom”un baş direktoru da saxlanıldı ...

    17-11-2015, 13:11

  • 
  • Əli Abbasov barəsində cinayət işi açıldı - RƏSMİ

    Əli Abbasov barəsində cinayət işi açıldı - RƏSMİ ...

    26-10-2016, 22:22

  • 
  • “Aztelekom” MMC-nin sabiq baş direktorunun saxlanma şəraitindən narazılığı yoxdur

    “Aztelekom” MMC-nin sabiq baş direktorunun ...

    23-11-2015, 20:17

  • 
  • ''Rabitə işi'': Təqsirləndirilən şəxs məhkəməyə xərəkdə gətirildi

    ''Rabitə işi'': Təqsirləndirilən şəxs məhkəməyə ...

    29-03-2017, 14:28

  • 
  • Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi - İstintaq gedir

    Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb ...

    30-10-2015, 15:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu