GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qaçqınlar güc strukturlarına müraciət etdi

Qaçqınlar güc strukturlarına müraciət etdi

Tarix: 9-04-2017, 22:10 Bölmə :Siyasət Baxış: 541
Qaçqınlar güc strukturlarına müraciət etdi

AZ1005, Bakı şəhəri, Azərbaycan pr-ti, 7
Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov cənablarına
Surəti: AZ1006, Bakı şəhəri, Parlament prospekti 14
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev cənablarına
Surəti: AZ1001, Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7
Azərbaycan Respublikasının Baş Prokuroru
I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov cənablarına
“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Nazir!
“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hazırkı müraciəti Qərbi Azərbaycandan olan milyonlarla soydaşımızın heysiyyatını təhqir edən Türkiyəli iş adamının bəyanatı ilə bağlıdır. Bildirmək istəyirik ki, bu bəyanatla bağlı cəmiyyətimizə çoxsaylı müraciətlər daxil olmuşdur.
Belə ki, Türkiyə Respublikasının “Emre Piliç” şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oral və onun hüquqlarını müdafiə edən Gürcüstanda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Aslan Ziyəddin oğlunun 10 mart 2017-ci il tarixdə Bakı şəhərində yerləşən “Four Season” hotelində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir etmişdir.
Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin onların İstanbul doğumlu olduğu üçün türk olduğunu, ticari mübahisəsi olduğu Azərbaycan iş
adamının- Həsənli Mürvət Tapdıq oğlunun isə Ermənistan (Qərbi Azərbaycan) doğumlu olduğu üçün erməni olduğunu söyləmiş, bununla kifayətlənməyərək, bu fikrini üç dəfə təkrar etmişdir ki: “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”
2008-ci ildən Azərbaycanda ticarət qurub, uzun illər boyu buradan milyonlarla pul qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları olan Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan, təhqir etməkdən başqa bir şey hesab etmirik. Ömür Oral heç olmasa ortaqlarının “yan” soyad sonluğunu və “Sevan”, “Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirib. Bu gün hələ də “yan” soyad sonluğunu, Andranik adını daşıyan erməni necə olur ki, türk olur? Böyük Türk xalqı bu cür andraniklərlə, oskayanlarlamı birləşdirəcək Turan ellərini? “Biz bir millətik” dedik, amma Ömür Oral, Andranik, Oskayan kimi “türklərlə” bir millət olaq demədik.
Biz 400 min nəfər Qərbi Azərbaycan qaçqınını, 4 milyona yaxın Qərbi Azərbaycan əsilli insanı təmsil edən bir Cəmiyyət olaraq insanlarımızı təhqir edən və bizim üçün milli mənsubiyyəti şübhəli olan Ömür Oral adlı bu insanın dərhal Azərbaycandan çıxarılmasını, onun barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsini istəyirik. Azərbaycan Ermənistanla müharibə vəziyyətində olan bir ölkədir və müharibə gedən bir ölkədə Ömür Oral kimi insanların gəlib ermənipərəst təbliğat aparmasını qəbuledilməz hesab edirik. Belə insanlar məsuliyyətsiz və təhlükəli bəyanatları ilə Azərbaycan-Türkiyə qardaşlığına da ziyan vurur.
Bu əməllərin törədilməsində hüquqşünas, keçmiş vəkil İsmayılov Aslan Ziyəddin oğlunun da iştirak etməklə Ömür Oralı dəstəkləməsinin də araşdırılmasına zərurət vardır. Belə ki, mətbuat konfransı bilavasitə İsmayılov Aslan Ziyəddin oğlu tərəfindən təşkil edilmiş və özünün söylədiyi kimi, mülki mübahisənin məhkəmə müstəvisində (red. bataqlıq) deyil, belə “açıqlamalar” (böhtan, təhqir) verilməsi yolu ilə mümkün olduğunu Ömür Orala bildirmişdir.
Maraqlarını təmsil etdiyi şirkətin mülki mübahisəsinin həlli üçün yüz minlərlə Qərbi Azərbaycanlının milli ləyaqətinin alçaldılmasına yönəlmiş hərəkətlər öz hüquqi qiymətini almalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir.
Sübut etməyə ehtiyac yoxdur ki, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər cinayət əməlidir və qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısı alınmalıdır (Cinayət Məcəlləsinin 283-cü maddəsi).
Yuxarıda qeyd olunanları nəzərinizə çatdırmaqla, açıq-aşkar cinayət (milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər) törətmiş Türkiyə Respublikasının vətəndaşı Ömür Oralın və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Aslan Ziyəddin oğlunun qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyinizi xahiş edirik.
Hörmətlə,
Əziz Ələkbərli
“Azərbaycan Qaçqınlar Cəmiyyəti”
İctimai Birliyinin Sədri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramil Usubov Nardaran hadisələrindən danışdı - "Hadisənin təfərrüatları..."

    Ramil Usubov Nardaran hadisələrindən danışdı - ...

    27-11-2015, 19:57

  • 
  • Bakıda baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı

    Bakıda baş vermiş yanğınla əlaqədar Dövlət ...

    19-05-2015, 19:09

  • 
  • Qaçqınlar prospekti bağladılar- [fotolar]

    Qaçqınlar prospekti bağladılar- [fotolar] ...

    6-10-2015, 23:57

  • 
  • Ramil Usubov yeni rəis təyin etdi

    Ramil Usubov yeni rəis təyin etdi ...

    23-03-2016, 11:45

  • 
  • Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı

    Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı ...

    12-05-2016, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu